S. Dəmirəl: “Ağlasığmaz bir işdir…”

Günlərdir Türkiyənin məşhur şəxslərini ziyarət edərək onlara xoş dəqiqələr yaşadan Olimpiyada üçün Türkiyəyə gələn uşaqlar ötən gün IX prezident Süleyman Dəmirəlin qonağı oldu.

Dəmirəlin evinə baş çəkən Türkcənin ulduzları sabiq cümhur başqanına duyğulu dəqiqələr yaşatdı. Fatih Universitetinin rektoru prof. Şərif Əli Təkalanın rəhbərlik etdiyi heyətdə mahnı müsabiqəsində birinci yeri tutan türkmənistanlı Ruslan Annaməmədov və “pakistanlı Əhməd Qaya” kimi məşhurlaşan Arsalan Nasir də vardı. Dəmirəl uşaqlara: "Sizi hər il Türkiyədə gözləyirik", - dedi. Tədbir barədə də: "Ağlasığmaz, çox gözəl iş görürsünüz. Dünyanın müxtəlif ölkələrindən 1500 uşağı gətirmək, burada ağırlamaq, sonra sağ-salamat ölkələrinə aparmaq çox böyük bir işdir. Sizi təbrik edirəm", - dedi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.