Qəlbi qırıqların ən etibarlı sığınağı
Dua bir çağırış, bir yalvarış, kiçikdən böyüyə, aşağıdan yuxarıya, ərzdən, ərzlilərdən səmalara bir yönəliş, bir tələb, bir niyaz və qəlbən boşalmadır. Dua Haqqın tükənməz xəzinələrinin sirli açarı, yoxsul və qəlbi qırıqların isə ən etibarlı sığınağıdır.
Fəthullah Gülənin yeni çapdan çıxmış "Bir kırık dilekçe" adlı kitabı herkul.org saytında həftəlik dərc edilən duaların toplusudur. Müxtəlif vaxtlarda, müxtəlif səpkidə edilən dualar Haqq-Təalaya ərzi-halın səsi-sədasıdır. İnsan dua ilə acizliyini dərk edib təvazö və mahviyyətlə haləti-ruhiyyəsini Allaha ərz edir, içini boşaldır və Onun hər şeyə qadir olduğunu öz dili ilə etiraf edir.
Pak və xalis bir qulluğun əksi olan və acizliyi böyük bir qüvvəyə çevirib sehrli bir xəritə təqdim edən "Bir kırık dilekçe" kitabı “Define” nəşriyyatından çapdan çıxdı.
"Mənim indiyə qədər etdiyim bütün dua, bütün iztirab insanların Allahı (c.c.) tapması, Ona inanması üçündü. Hər gün yana-yana dua edirəm: “Allahım, nə olar bəxtinə düşdüm” deyə sızlanır və “Nə olar Allahım, insanlar Səni tanısın, Sənə inansın” deyirəm. Buna görə, hətta hər gün bir neçə dəfə ölüb dirilməyə razıyam".
- tarixində yaradılmışdır.