"Quranın altın iqilimində"
İnsanın və kainatın sirlərini əxz edən, insanları bir-birinə yük olmaqdan xilas edən, həyata məna verən ilahi bəyan.
İnsan oğluna bəxş edilən həyat qədər dəyərli əmanətdir Quran. Həyatı tamamlayır, varlığa məna qatır. Yer üzündə heç bir kitab onun qədər əhatəli deyil. Aləmlər onda gizli, o isə varlığın özüdür. Hər şey, hər kəs onda özünü tapır. Bir məsələ qaranlıq qalsa, o da Quranı düzgün oxumamaqdan və ona uzaqlıqdan qaynaqlanır. Hədisin ifadəsi ilə "Quran bir vadidə, insanlar başqa bir vadidə"dirsə, uca kitabın insan oğluna hidayət qaynağı və rəhbər olması qeyri-mümkündür.
Çağdaş insanların öz-özünə və ətrafa yadlaşması sözün əsl mənasında Qurandan uzaqlaşma ilə yaxından əlaqəlidir. Zaman qocaldıqca və insan oğlu həyatın hər mərhələsində yeni axtarışlara girdikcə Quran möcüzəsinin himmət və qeyrətinə möhtacdır. Onun hər gün gəncləşən bəyanları hər əsrin ziyalısını işıqlandıran, qaralan üfüqlərə aydınlıq gətirən sehrli bir açar kimidir.
M. Fəthullah Gülən Xocaəfəndinin "Kuranın altın iklimi" adlı kitabı Qurani-Kərimi doğru anlamağa və onun işığında batini və xarici dünyada yeni kəşflərə zəmin hazırlayır. İlahi kəlam haqqında bütün dövrlərə xitab edən çağdaş və orijinal baxış təqdim edir. İnsan kitabın səhifələri arasında özünü, mahiyyətini bir daha kəşf edir. Yaradanın bəyanına müxatəb olma coşqusunu, üstünlüyünü dərindən hiss edir.
Quranın ifadə üstünlüyü, ecazkar üslubu, ifadə tərzi və təsviri, qeybdən verdiyi xəbərlər, elmi tərəqqiyə istiqamət verməsi və insan tərbiyəsində rolu kimi bir çox aspektləri ehtiva edən bu əsər müəllifin ömrünü həsr etdiyi uca kitabdan söz açan şah əsəridir.
"Kuranın altın iklimində" insanı əsas götürən müasir dünyanın fərdi və ictimai analizini də ehtiva edən bir Quran analizidir. Bu yanaşma tərzi ilə oxucuya həyatı düzgün təhlil etməkdə yol göstərir. Qurani-Kərimin sirlərini kəşf etmək, onun lisanını anlamaq və həqiqətini yaşamaq üçün böyük bir fürsət kimi oxucunun qarşısına çıxır, ağıla gələn suallara və qərəzli ittihamlara əqli və qəlbi qane edən cavablar verir.
"Qurani-Kərimdəki sirli hərflər nədən danışır? "Bismillah" və "Fatihə" surəsi arasında necə əlaqə var? Quran "göyün genişlənməsi" ifadəsi ilə nəyi izah etmək istəyir? Ana bətnində körpənin inkişafını, südün əmələ gəlməsini necə izah edir? Quranın bəhs etdiyi qövmlərdən niyə tez-tez məhz İsrail oğulları vurğulanır?" kimi bir çox məsələləri elmi və ədəbi yöndən şərh edən müəllif bu kitabın timsalında Quranı düzgün və nöqsansız anlamaq baxımından oxuculara yol göstərir.
İlahi bəyanın ənginliyində irəliləmək, qaralan üfüqləri işıqlandırmaq, həyatı və kainatı yenidən tanımaq, insan oğlunun qədim macərasından bu günə, bu gündən gələcəyə işıqlı bir yol tapmaq üçün "Kuranın altın iklimi"ndə səyahətə hazırsınızmı?
- tarixində yaradılmışdır.