Seneqalda "Gülən Hərəkatı" haqqında konfrans

Seneqalda Gülən Hərəkatı haqqında konfrans

Seneqalın paytaxtı Dakarda "Qloballaşan dünyada ortaq dəyərləri tapmaq: Gülən Hərəkatının töhfələri" adlı konfransın keçirilməsi nəzərə tutulur.

Ebru jurnalının -Türkiyənin yüksək tirajlı aylıq elm və mədəniyyət jurnalı Sızıntının fransızca nəşri - təşkilatçılığı ilə Seneqalın paytaxtı Dakarda din xadimi və mütəfəkkir M. Fəthullah Gülən Xocaəfəndinin fikir dünyasına həsr olunmuş konfrans keçiriləcək. On iki ölkədən dəvət edilən natiqlər konfransda Gülən Hərəkatı barədə geniş məlumat verəcək. Konfransa həmçinin Seneqalın Baş Naziri Abdul Mbayenin də iştirakı nəzərdə tutulur.

Konfrans Ebru jurnalının ATSA (Atlantik Türk-Seneqal Dərnəyi), Çik Ando Dayop (Cheikh Anda Diop) Universiteti və Seneqal Təhsil Nazirliyinin əməkdaşlığı ilə 9 fevralda Kinq Fahd Palas Hotelindən keçiriləcəkdir.

Konfransda yerli alimlərlə yanaşı, ABŞ-dan prof. Marşi Hermansen (Marcia Hermansen), İtaliyadan prof. Elena Biaci (Elena Biagi), Fransadan prof. Hervey Leqrand (Hervé Legrand), Rumıniyadan prof. Filip Stansiu (Philip Stanciu) kimi məşhur elm adamları iştirak edəcəklər. Tədbirdə Türkiyəni Fatih Universitetindən prof. Suat Yıldırım və Doqquz Eylül Universitetindən prof. İrfan Yılmaz təmsil edəcək. Konfransda müxtəlif ölkələrdən gələn alimlər Fəthullah Gülənin fikirləri və “Hizmət Hərəkatı”nın dialoq və təhsil fəaliyyətləri haqqında apardıqları araşdırmaları Seneqal ictimaiyyətlə çatdıracaqlar.

Seneqal xalqı Türk insanına yad deyil

“Türk iş adamlarının açdıqları Yavuz Səlim Liseyləri sayəsində Seneqal xalqı Türk insanını yaxından tanıdı” deyən Ebru jurnalının baş redaktoru Ənəs Musluqçu yerli xalqın bu konfrans vasitəsi ilə Yavuz Səlim Liseylərindəki təhsil və dialoq anlayışının nəzəri əsaslarını və bu əsasların dünyada doğurduğu əks-sədanı görüb dinləmə imkanı əldə edəcəyini bildirdi. Konfransda “Hizmət Hərəkatı” qloballaşma, təsəvvüf, İslam və plüralizm, müsəlman kimliyinin yenidən bərpası, uzlaşma mədəniyyəti, ailə-məktəb-cəmiyyət-əxlaq və elm fəlsəfəsi kimi mövzular fonunda müzakirə ediləcək. Konfrans haqqında geniş məlumat əldə etmək istəyənlər www.ebruconferences.comwww.ebrumagazine.com saytlarına müraciət edə bilərlər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.