Seneqalın Təhsil Naziri: “Qızımı Türk məktəbinə göndərəcəyəm”

Seneqalın Təhsil Naziri: Qızımı Türk məktəbinə göndərəcəyəm

Türk məktəblərinin ölkədəki təhsil səviyyəsinə verdiyi töhvələrin danılmaz olduğunu deyən Seneqalın Təhsil Naziri qızını da bu təhsil ocaqlarında oxudacağını açıqlayıb.

Seneqalın Təhsil Naziri Serigne Mbaye Thiam Türkiyəli könüllülər tərəfindən açılan və ölkədə böyük rəğbət görən “Yavuz Səlim” təhsil qrumlarını ziyarət edib. Hər il universitetə qəbul imtahanlarında böyük uğur qazanan və birincilər yetişdirən Türk məktəblərinin mübahisəsiz ölkənin təhsilinə böyük töhvələr verdiyini açıqlayıb.

Seneqal xalqının bu təhsil qurumları vasitəsilə Türk millətini və Türkiyəni tanıdığını bildirən nazir: “Gələn il öz qızımı da bu məktəblərə göndərmək istəyirəm”, – deyib. Thaim ölkədəki digər məktəbləri Türk məktəblərindən nümunə götürməyi tövsiyə edib və bu tədris ocaqlarının digər məktəblərə yaxşı nümunə olduğunu qeyd edib.

Cheikh Anta Diop Universiteti və “Yavuz Səlim” təhsil qrumlarının birgə təşkil etdiyi “Məktəbdə sağlamlıq və gigieniya” konfransından sonra Sultan Qız Kollecini ziyarət edən Seneqalın Təhsil Naziri məktəbi gəzərək tədris ocağı ilə yaxından tanış olub.

Türk iş adamları tərəfindən Seneqalda açılan “Yavuz Səlim” təhsil qrumlarını 1997-ci ildə fəaliyyət göstərir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.