Seul Universitetində “Hizmət” hərəkatından bəhs edildi

Cənubi Koreyanın tanınmış Seul Universitetində keçirilən II Türkiyə-Koreya Demokratikləşmə Seminarında Hizmət hərəkatından bəhs edildi.

Cənubi Koreyada fəaliyyət göstərən İstanbul Mədəniyyət Mərkəzi, Seul Universiteti İctimai Elmlər üzrə Araşdırma Mərkəzi və Hankanq Hüquq Bürosunun birgə təşkil etdiyi II Türkiyə-Koreya Demokratikləşmə Seminarı bu il Cənubi Koreyada keçirildi.

Seminara Türkiyədən AK Partiya Şanlıurfa millət vəkili və Türkiyə-Koreya Parlamentlərarası Dostluq Komissiyasının sədr müavini Yəhya Akman, AK Partiya Biləcik millət vəkili Fəxrəddin Poyraz, sabiq AK Partiya Malatya millət vəkili Mehmet Şahin, Jurnalistlər və Yazarlar Vəqfinin sədr müavini Camal Uşşaq, “Todays Zaman” qəzetinin baş redaktoru Bülənt Kənəş, Marmara Universitetinin müəllimi Osman Can, Yalova Universitetini müəllimi Tuncay Güloğlu, Hüquq və Yaşam Dərnəyinin rəhbər heyəti və vəkillər qatıldı.

Uşşaq: “İslamla demokratiya bir-birinə zidd deyil!”

Tədbir Jurnalistlər və Yazarlar Vəqfinin sədr müavini Camal Uşşaqın "Türkiyədə demokratikləşmə və “Hizmət hərəkatı”" məruzəsi ilə başladı. Dünyada demokratikləşmə və İslam arasında mövcud süni qarşıdurmanın aradan qaldırılmasında “Hizmət” hərəkatının böyük rola malik olduğunu deyən Uşşaq hərəkatın İslami dəyərlərdən uzaqlaşmadan demokratikləşmənin mümkün olduğunu sübut etdiyini söylədi.

Çıxışında Fəthullah Gülən Xocaəfəndinin həyatından qısaca bəhs edən Uşşaq Gülənin düşüncələrinin formalaşmasında Səid Nursi, Mövlana Cəlaləddin Rumi, Yunus Əmrə və Qəzali kimi böyük İslam alimlərinin böyük rolu olduğunu söylədi. Uşşaq məruzəsində Gülənin minlərlə insana təsir etməsinə baxmayaraq liderlik ünvanından imtina etdiyini bildirdi.

Prof. Nam Jeong-seop: ““Hizmət” məktəblərinin sayı çox olsa, namus cinayətləri azalar”

Yonqnam Universitetinin İngilis Mədəniyyəti fakültəsinin müəllimi prof. Nam Jeong-seop “Hizmət” hərəkatı barədə maraqlı fikirlər söylədi. Tədbirdən qabaq televiziyada Pakistanda namusunu təmizləmək niyyəti ilə bacısını qətl edən bir uşaq barədə xəbərə baxdığını deyən prof. Nam: “Xəbərə baxanda ağlıma Gülən məktəbləri gəldi. Əgər o uşaq Gülən məktəblərində oxusaydı, mənə elə gəlir, bacısını öldürməzdi", - dedi. Professor çıxışında Gülən məktəblərinin sayı artırılsa, namus cinayətlərinin azalacağına inandığını söylədi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.