Şeyx Ayəd əl-Qarni: “Xocaəfəndinin üslubunda hikmət var”
Səudiyyə Ərəbistanı və ərəb dünyasının tanınmış alimlərindən Şeyx Ayəd əl-Qarni İstanbulun bəzi məscidlərində “tabiun” haqda dərslər verməyə başlayıb. Dünən Fateh məscidində axşam namazından sonra başlanan dərslər doqquz gün davam edəcək. Səudiyyə Ərəbistanın “İqra” televiziya kanalının həyata keçirdiyi “Tabiun bayraqları” adlı layihə çərçivəsində İstanbulda səfərdə olan Şeyx Cihan Xəbər Agentliyinə verdiyi müsahibədə Türkiyə və “Hizmət Hərəkatı” haqqında fikirlərini bölüşüb.
Yüz illərdir möhkəm tellərlə bağlı olduqları Türkiyəyə hər gəlişində mənəvi rahatlıq duyduğunu dilə gətirən əl-Qarni: “Bizim gözümüzdə Türkiyə mədəniyyət, tarix, nəciblik timsalıdır. Türkiyə ilə möhkəm tarixi bağlarımız var. Bir müsəlman, bir elm öyrənən tələbə və bir fikir adamı kimi böyük sevgi bəslədiyim Türkiyəyə gəldiyimə görə çox xoşbəxtdəm. Biz Səudiyyə Ərəbistanı xalqı və höküməti olaraq Türkiyəni özümüzə qardaş ölkə bilirik”, - deyib.
Əl-Qarni üçüncü dəfə səfər etdiyi Türkiyəyə hər gəlişində mənəvi rahatlıq tapdığını, indiyə qədər qırx ölkə gəzdiyini, Türkiyədə insanlarla dolu məscidlərə, minarələrə və azanlara heyran qaldığını söyləyərək söhbətə belə davam edib: “Biz Fatehin, Qanuni Sultan Süleymanın və digər sultanların nəvələri sayılan böyük Türk xalqına İslam mədəniyyətinə verdiyiniz xidmətə, göstərdiyiniz münasibətə, bizə və Suriyə xalqına göstərdiyini qonaqpərvərliyinə görə təşəkkür edirik”.
Xocaəfəndinin üslubunda hikmət var Fateh, Sultanəhməd, Süleymaniyə məscidlərində 9 gün boyunca dərs deməyə hazırlaşan Əl-Qarni bu dərslərdə hicri II əsrdə yaşayan tabiun imamları haqqında məlumat cerəcək. “Biz müsəlmanlıq adına Türklərdən ümidvarıq. Türk milləti kültürə, mədəniyyətə, sülh və dialoqa əhəmiyyət verən xalqdır”, -deyən əl-Qarni Fəthullah Gülən Xocaəfəndinin və “Hizmət Hərəkatı”nın da gözündə böyük dəyəri olduğunu söyləyib.
Xocaəfəndidən çox təsirləndiyini söyləyən əl-Qarni əməyinə görə Gülənə təşəkkülərini bildirib. Ayəd əl-Qarni Xocaəfəndinin “dünyanı bel bağlamayan bir şəxs” olaraq zöhdlə İslamiyyətin ruhunu birləşdirib yumşaq üslubla İslama xidmət etdiyini vurğulayıb. Əl-Qarni Güləni özünəxas zərif, yumşaq və hikmətli üslubu ilə İslamı tanıtmağa çalışdığını söyləyib.
“Lə tahzən” adlı kitabının müəllifi əl-Qarni
Əl-Qarninin “Müsəlmanın şəriyyət dairəsində necə xoşbət ola bilər?” sualına cavab axtardığı “Lə tahzən – Dont be sad (üzülmə)” adlı kitabı bir sıra dillərə tərcümə edilmiş və böyük maraqla qarşılanmışdır . Ədəbiyyat, şeir, siyər, İslam hüququ və təfsir sahələrində qırxdan çox kitabın müəllifi olan əl-Qarni təkcə “Lə tahzən” adlı kitabı (ərəd dilində) on milyondan artıq nüsxəsi satılmışdır.
- tarixində yaradılmışdır.