Şimali İraqda “Fəthullah Gülən və Kürd problemi” adlı kitaba böyük maraq
Şimali İraqda Kürd jurnalisti Rəbvar Kərimin qələmə aldığı “Fəthullah Gülən və Kürd problemi” adlı kitab böyük maraqla qarşılanıb. Ərbildə keçirilən kitab sərgisində oxuculara təqdim edilən kitab bölgə mediasından da geniş əks-səda doğurub. Sərgidə iştirak edən Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin sözügedən kitabı satın-alması isə əsərə marağı daha da artırıb. Kitab Soran dilində qələmə alınmışdır.
Kitabın müəllifi Rəbvar Kərim əsərin başda Məsud Bərzani olmaqla bölgə xalqı tərəfindən maraqla qalşılandığına çox sevindiyini dilə gətirib. Kürd jurnalist həmçinin bölgədə fəaliyyət göstərən Türk məktəblərinin yüksək səviyyədə təhsil verdiyini, bu səbəbdən Türkiyəninin daxili siyasətindən asılı olmayaraq xalqın onlara dəstək verdiyini də söyləyib.
Kərim “Fəthullah Gülən və Kürd Problemi” adlı kitabı ilə bağlı belə deyib: “Kürd bölgəsində Fəthullah Gülən Xocaəfəndi haqqında ilk dəfə bir kitab qələmə alındı. Kitabda Xocaəfəndinin bioqrafiyası, düşüncələri və xüsusilə Kürd probleminə baxışı haqda geniş məlumat verilir. Kürd bölgəsindən Cənab Güləndən ilk dəfə mən müsahibə götürmüşəm. Müsahibədə Xocaəfəndi Kürd problemi ilə əlaqədar aydın və konkret şəkildə düşüncələrini dilə gətirmişdir. Müsahibəni burada Kürd yazarlara təqdim etdim və fikirlərini aldım. Kitabda bu şərhlərə də yer verilmişdir. Beləcə kitabın məzmunu daha da zənginləşmiş oldu.”
Kitabda AKP-nin uğurlarında Hizmət hərəkatının rolundan da bəhs edən Kərim deyib: “AKP-nin bugünədək uğurlu fəaliyyətində Hizmət hərəkatının böyük əməyini inkar etmək olmaz. AKP ilk illəri bəzi qrupların təzyiqi altında idi. Hizmət hərəkatının da dəstəyi ilə bu təzyiqlərdən qurtuldu. Xüsusilə referendumun bu işdə böyük rolu var. AKP dönüş nöqtəsi sayılan referendumu Hizmət hərəkatının dəstəyi ilə qazandı.”
Müsahibə zamanı Fəthullah Gülən Xocaəfəndinin suallara çox səmimi və dürüst cavab verdiyini deyən Kərim onun xüsusilə Kürd dilinə yanaşmasını çox bəyəndiyini deyib: “Xocaəfəndinin sözlərinin səmimiyyətinə və dürüstlüyünə inanıram. Verdiyim heç bir sualdan yayınmadı. Mənə ən çox “Kürd dili ana südü kimi halaldır” sözü təsir etdi. Bu məni bir Kürd olaraq çox sevindirdi.”
Xocaəfəndinin Hələbcə qətliamından sonra dilə gətirdiyi sözləri diqqətə çatdıran Kərim: “1989-cu ildə heç kim Hələbcə qətliamına səs çıxarmırdı. Xocaəfəndi isə hadisəyə sərt etirazlarını bildirmişdi”, - dedi.
Ötən günlərdə Rudav holdinqinin Türk məktəbləri ilə əlaqədar keçirdiyi anketi də xatırladan Rəbvar Kərim APK hökümətinin fəaliyyətini dayandırmaq istədiyi məktəblərlə bağlı deyib: “Anketdə “Kürd bölgəsindəki Hizmət məktəbləri bağlansınmı?” şəklində bir sual vardı. İştirakçıların 80% “Xeyr, baxğlanmasın!” etirazını bildirmişdi. Bu da bölgə xalqının məktəblərin təhsilini bəyəndiyini və arxa çıxdığını göstərir.”
Kürd jurnalist sözlərinə belə yekun vurub: “Burada fəaliyyət göstərən Türk universitetində təhsil alan bir tələbə 4-5 dil öyrənərək məzun olur. Anketdə iştirak edən insanlar yetişən bu savadlı nəsli görür. Sözügedən anket onu da göstərir ki, Türkiyənin daxili siyasətinin təsirində qalmayaraq xalq Hizmətə arxa çıxır.”
- tarixində yaradılmışdır.