“Sızıntı”nı Digərlər Məcmuələrdən Fərqləndirən Əsas Xüsusiyyət

1 fevral 1979-cu ildə nəşrə başlayan “Sızıntı” məcmuəsi otuzuncu ilini qeyd edir.

“Sızıntı” məcmuəsi artıq 30-cu ildir ki, yüz minlərlə insanın ağıl və qəlbinə yol tapır. O, güzgünün iki üzü; elm və dini dərin tədqiqata cəlb edərkən, həyatı oxumağa çalışan və başqalarına da oxudan bir elm və mədəniyyət məcmuəsi olma sevdasında idi. “Sızıntı” ilə birlikdə sevgi və xoşgörü, dialoq, hər kəsi öz mövqeyində qəbul etmə, qarşılıqlı hörmət, haqq və ədalət məfhumları da təvazökar və xəfif addımlarla məsafə qət etdi və bu günlərdə bir milyona yaxın tirajı ilə nəhəng bir missiyaya çevrildi. “Sızıntı” ilə birlikdə suallar öz cavabını tapdı, sevinclər çoxaldı, cəmiyyətin nəbzi daha sağlam döyünməyə başladı. Bir nəsil “Sızıntı” ilə döyündü, “Sızıntı” ilə böyüdü. Bu müddət ərzində “Sızıntı”nı tanıyan və oxuyan insanlar artıq dünyaya yeni və fərqli bir müstəvidən baxmağı öyrəndilər. Kainat, elm, texnologiya, insan, qısaca, həyat yenidən mənalandırma qabiliyyəti qazandılar.

İlk sayının tirajı 6 min olan məcmuənin hal-hazırda yüz minlərlə oxucusu var, dünyanın müxtəlif dillərində nəşr olunur, qırx iki ölkədə oxunur. Artıq tiraj qayğısından çox, hədəfində daha geniş kütlə var. Kainatda baş verən, yaşanan hər şeyi söykəndiyi istinadlara əsasən anlamağa və mütaliə etməyə çalışır, o, oxucusu ilə məhz bunu paylaşır. Mövzusu nə olur-olsun, “Sızıntı”da yayımlanan hər yazıda, görünənin ardında görünməyəni axtarma, kainatın rəngarəng musiqisini duyurma arzusu var. “Sızıntı”da təbiət hadisələri şərh olunarkən, əşyanın fail (iş görən) deyil, vəsilə olduğu vurğulanır. İnsanın “əhsənüttəqvim”lik sirrini ortaya çıxarma səyi xüsusilə oxunur “Sızıntı”da. Varlıq və hadisələrə nəzər salarkən, “vəsilə” görüşünü daim canlı saxlaması “Sızıntı”nı digər məcmuələrdən ayıran ən mühüm xüsusiyyətlərdəndir. “Sızıntı” məcmuəsi "Məxluqlar iş görür" yox, "Məxluqlara iş gördürülür" deyir. Zaman ötdükcə Orta Şərq və İslam aləmində "Sızıntı baxışı" adlı bir məktəb meydana gəldi. Bu da Sızıntının varlıq və hadisələrə baxışına dair elm dünyasına bir hədiyyəsidir.

Aylıq elm və mədəniyyət məcmuəsi olan “Sızıntı”nın rəngarəng və geniş bir heyəti var. Türkiyənin hər yanına yayılmış alim və ziyalılardan ibarət olan heyət “Sızıntı” məcmuəsi üçün ümumi çərçivə və üsluba uyğun yazılar qələmə alır. “Sızıntı” nəşr həyatına çox sayda yazıçı töhfə verərkən, yazı və xəbərlərindən də bir çox kitab meydana gəldi. 27-ci ilinə qədəm qoyarkən səsli yayıma keçərək Türkiyədə bir ilki də reallaşdırdı. Şübhəsiz ki, səsli yayımdan ən çox görmə qabiliyyətindən məhrum olanar faydalanacaq. Bu layihə oxumağa vaxt tapa bilməyən oxucular üçün də çox əhəmiyyətli bir xidmət oldu. “Sızıntı” tükəməz həyəcanı ilə Sentyabr rüzgarına, Fevral soyuğuna məhəl qoymadan həqiqətin seyrinə və düşüncə dünyasındakı səhayətinə davam edir. Gəlin otuz illik təcrübəsi olan Sızıntı ilə həyatı yenidən oxuyaq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.