“Sonsuz Nur”a böyük maraq
Fəthullah Gülənin Hz. Peyğəmbərin həyatından bəhs edən “Sonsuz Nur” kitabı Hindistanda iki ayda 110 000 nüsxə satıldı. Ölkənin İslam alimləri kitabdan imtahan keçirəcək. Hazırda yüz on minə yaxın insan bu imtahana hazırlaşır.
110 000 adam “Sonsuz Nur” imtahanına hazırlaşır
Hindistanın müsəlman dini liderləri peyğəmbər sevgisindən bəhs edən bir kitabdan imtahan keçirməyə qərar verdi. Alim, dini lider və rəsmilərdən ibarət heyət yekdilliklə Fəthullah Gülən Xocaəfəndinin Peyğəmbərimizin həyatından bəhs edən “Sonsuz Nur” adlı kitabına üstünlük verdi. Qərar açıqlandıqdan sonra kitab iki ayda 110 000 ədəd satıldı.
Peyğəmbəri tanıtmaq üçün...
Alınan məlumata görə, xüsusilə orta məktəb şagirdləri və tələbələr imtahana daha çox maraq göstərir. Universitet, mədrəsə, təhsil müəssisələrindən imtahanda iştirak etmək üçün çoxlu müraciətlər gəlir. Müsabiqə komissiyasının təmsilçisi Müsəlman Təhsil Sosial Mədəniyyət Təşkilatının Baş Katibi Fəxruddin Məhəmməd “Sonsuz Nur” kitabını Peyğəmbərimizi gənc nəslə ən asan dillə çatdıran və sevdirən kitab olaraq xarakterizə etdi.
İmtahanın ilk mərhələsi yanvarın15-də, final sınağı isə fevralın 9-da keçiriləcək. Qaliblər Müqəddəs Doğum Həftəsində mükafatlarını alacaqlar.
İmtahan üç əyalətdə keçiriləcək
İmtahan urdu, hind və ingilis dillərində keçiriləcək. Təşkilat komitəsində Darul-Ülum Deoband, Darul-Ülum Nədvətül- Üləma kimi Hindistanın məşhur elm ocaqlarından nümayəndələr iştirak edir.
Minlərlə insan “Sonsuz Nur” imtahanında iştirak etmək üçün anket doldurdu. Müsabiqənin elan edilməsi ilə digər siyər (peyğəmbər həyatından bəhs edən əsər) kitablarının satışı da artdı.
- tarixində yaradılmışdır.