“Sülh adacıqlarına həmişəkindən daha çox ehtiyac var”
Amerika alim və yazıçısı professor Marta Anna Kirk dünyadakı problemlərin həllində Türk məktəblərinin sevgi və tolerantlıq toxumlarını əkməsinin mühüm rol oynadığını söylədi. Professor Kirk "Buna görə də sülh adacıqlarının - Türk məktəblərin sayı artmalıdır", - dedi. Əskişəhər İş Adamları Dərnəyinin (EGSİAD) təşkilatçılığı ilə “Qloballaşan dünyanın ehtiyacı - Qlobal sülh adacıqları” adlı bir konfrans keçirildi. Konfransın fəxri qonağı Amerika alim və yazıçısı professor Marta Anna Kirk və jurnalist-yazar Adəm Yavuz Arslan Türk məktəblərinin dünyadakı əhəmiyyətindən bəhs etdilər. Professor Marta Anna Kirk sevginin bütün qapıları açmağa qadir olduğunu deyərək bu sevginin könül elçiləri və sülh adacıqları vasitəsi ilə bütün dünyaya yayıldığını söylədi. Professor Kirk "Xristianam. Dərslərdə tələbələrimə Gülən hərəkatı, “sülh adacıqları” və “könül elçiləri”ndən danışıram. Dünyadakı fəaliyyətlərindən məlumat verirəm. Çox faydalı olur və böyük maraqla qarşılanır. Tələbələrin bundan təsirləndiyini görürəm", - dedi.
"Türk məktəbləri sevgi və tolerantlıq toxumları əkir"
Dünyanın bir tərəfində fəlakət, ölüm və müharibələr, digər tərəfində isə “könül elçiləri”nin sevgi və tolerantlıq fəaliyyətləri davam etdiyini deyən Kirk, "İraqda müharibə və qətliamın davam etdiyi bir vaxtda Türk məktəbindəki bir müəllim şagirdinə "insanları öldürərək deyil, sevərək könlünü fəth edək”, - deyir”. “Allahın verdiyi canı ancaq Allah alar”, - deyir. Onlara bu inancı aşılayır. Hərəkatın gerçək üzü budur, dünyanın sülh adacıqları bunlardır. Məhz buna görə sülh adacıqlarının - Türk məktəblərinin sayı artmalıdır", - dedi. Fərqliliklər arasında birliyi təmin etmək gələcək üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyən Kirk “Gələcəyi sülh və əmin-amanlıq içində görmək istəyiriksə “Gülən hərəkatı” və “sülh adacıqları” kimi bütün insanlara qucaq açmalıyıq”, deyə məsələnin əhəmiyyətinə diqqət çəkdi. Kirk sözünə belə davam etdi: "Dünyanın intiqama, müharibələrə deyil, sevgiyə, şəfqətyə, xoşgörüyə ehtiyacı var. Bütün qapıların açarı bu dəyərlərdir. Baxın, görün Türk məktəbləri nifrətin, intiqamın kökünü qazıb atır. İnsanların qəlbinə sevgi, xoşgörü və şəfqət toxumları əkir. Bu arzumuz mümkünsüz deyil".
"Türk məktəbləri ticarət körpüsüdür"
Adəm Yavuz Arslan da Türk məktəblərinin əhəmiyyətini bir daha vurğulayaraq, bu müəssisələrin həmçinin öləkələr arasında ticarət körpüsü rolu oynadığını da qeyd etdi. Arslan Türk məktəblərinin xaricə iş qurmaq məqsədi ilə gedən Türk iş adamlarına hər mövzuda dəstək olduğunu bildirdi.
- tarixində yaradılmışdır.