“Sülh və əmin-amanlıq naminə həyata keçirilən bir layihədən imtina edə bilməzdim”
12 ölkənin sənətçiləri tərəfindən Fəthullah Gülən Xocaəfəndinin şeirlərinə bəstələnmiş və ifa edilmiş mahnılardan ibarət musiqi albomu boyük maraqla qarşılandı.
Rise up-Colors of peace (Qalx igidim – Sülhün rəngləri) musiqi albomunda yer alan sənətçilər bu kimi kültür layihələrinin ümumbəşəri sülhə böyük töhfələr verəcəyini bildirdilər. “Rise up-Qalx igidim” şeirini bəstələyib ifa edən alman müğənni Chris Buseck “Məqsədi sülh olan bir layihədən imtina edə bilməzdim” deyərək Gülənin müdafiə etdiyi dəyərlərin yayılmasının zəruri olduğunu dedi. Dünya şöhrətli ingilis müğənnisi Natacha Atlas Fəthullah Gülənin ən romantik şeirini seçib ifa etdiyini dilə gətirdi. Güləni “romantik mütəfəkkir” kimi xarakterizə edən Ukraynanın sevilən müğənnisi Bahroma “Bütün şeirləri ruhumu titrətdi” deyir. İtaliya müğənnisi Ely Bruna isə “Yağmur musiqisi” şerini çox bəyəndiyi üçün ifa etdiyini söyləyir.
Nil Prodüksiyonun dünyanın qabaqcıl musiqi şirkəti Universal Music ilə birgə layihəsi olan “Rise up – Colors of peace” (Qalx igidim – Sülhün rəngləri) musiqi albomunun ərsəyə gəlməsi üçün müğənnilərə Gülənin ingilis dilinə tərcümə edilmiş 50 şeiri göndərildi. Sənətçilər onlardan birini seçərək öz ölkələrində, öz studiyalarında səsləndirdilər. “Don’t leave me alone – Məni tənha qoyma” mahnısını ifa edən ukraynalı Bahroma (Roman Baharev) layihənin “barış və sevgi” şüarını daşımasının əhəmiyyətini vurğulayaraq fərqli dil, din və irqə mənsub insanların “ortaq dili” tapmasına çox əhəmiyyət verdiyini dilə gətirdi. “Fəthullah Güləni tanımırdım. Araşdırdım, bioqrafiyasını oxudum. Beləliklə uzaqdan da olsa, tanış oldum. Araşdırma nəticəsində gördüm ki, Gülən insanlara işıqlı yol göstərən bir şəxsiyyətdir. Doğru və işqlı fikirləri var. Biz Güləni romantik mütəfəkkir kimi xarakterizə edirik” deyə fikirlərini bölüşən və layihədə iştirakdan məmnun olduğunu söyləyən Baharev əlavə etdi: “Dünyanın yenilənməyə ehtiyacı var. Biz də Gülən kimi, maariflənmənin tərəfdarıyıq. Hər şey insanın özündən başlayır. Artıq çirkin zehniyyət dəyişməli, aradan qalxmalıdır. İnsanlar yaxşı şeylər görməli, yaxşı fikirlərlə həmhal olmalıdır.” Bahroma qrupundan indiyə qədər heç kimin Türkiyədə olmadığını, uşaqlıqda Qara dənizdən keçib Türkiyəyə getməyin xəyallarını qurduğunu söyləyir.
Layihəyə sülh və qardaşlıq naminə dəstək verdiyini söyləyən ingilis müğənnisi Natacha Atlas şeirlərin içindən ən romantikini seçdiyini bildirdi: “Continuous beauty” şeirinin (Hər yerdə camalın) özünəxas ruhani ab-havası var. Birinə yazılmış şəxsi bir sevgi, Allaha bəslənən sevgi kimi...” Layihədən sonra Gülən haqqında daha çox məlumat əldə etdiyini deyən Natacha Atlas “Onun insanalrı dialoqa təşviq etməsi çox əhəmiyyətlidir. Ruhani liderlər, yaxud da dindar insanlar həmişə mübahisələrin, müzakirələrin, tənqidlərin diqqət mərkəzində olur. Amma mən ona müsbət duyğular bəsləyirəm”, açıqlamasını verdi.
Bu fikirləri müsiqimlə dəstəkləyə bilsəm, şad olaram
Sənət fəaliyyətini “Good morning diary” layihəsi çərçivəsində Hamburqda davam etdirən alman müğənnisi Chris Buseck Nil Prodüksiyonun təklifi ilə Gülənin fikirlərini araşdırmağa başladığını söyləyir. Buseck: “Belə bir layihədə iştirak edəcəkdimsə, onun məqsədi haqqında məlumatlı olmalıydım. Gülən haqqında qələmə alınmış məqalələri oxudum, fəlsəfəsini və nəyi müdafiə etdiyini öyrəndim. Yoxsa belə böyük bir layihədə heç nədən xəbərsiz iştirak emək düzgün olmazdı” açıqlamasını verdi. Buseck deyir: “Layihənin din, dil, mədəniyyət ayrı-seçkiliyi qoymadan bütün bəşəriyyət üçün təhsil, sülh şəraitində birgəyaşayış, qarşılıqlı hörmət kimi dəyərləri müdafiə etdiyini gördüm. Əgər məqsəd budursa, mən də ifamla bu layihəyə dəstək verməkdən məmnun olaram. Bundan imtina edə bilməzdim. Bu fikirləri hər yana yaymaq lazımdır”. Özü təbiətən hüznlü insan olmasa da, musiqidə hüznə, lirik tonlara əhəmiyyət verdiyini söyləyən Buseck bu şeirin də hüzün notları ehtiva etdiyini və layihə ilə səsləşdiyini düşünür. Türkiyəni, İstanbulu görməyi çox istədiyini söyləyən Buseck bu kimi layihələrdə iştirak etməyə həmişə hazır olduğunu açıqladı.
Whitney Houstonla duet oxuyan Bruna da albomda yer alır
Albomda Mazachigno ilə “Music of rain - Yağmur musiqisi” şerinə mahnı bəstələyib ifa edən italyan müğənni Ely Bruna Whitney Houston kimi bir sıra dünya çöhrətli sənətçilərlə səhnəyə çıxmışdır. “Soul-jazz” və “funk” janrında musiqi ifa edən Ely Bruna səsləndirdiyi “Yağmur musiqisi” mahnısının sözlərini çox bəyəndiyini və bu səbəbdən də bu şeirə mahnı bəstələyib ifa etdiyini söylədi. Bruna belə bir sülh layihəsində yer almaqdan çox məmnun olduğunu açıqladı. Ely Bruna musiqinin “müxtəlifliyi birləşdirən bir körpü” kimi ümumbəşəri dili ilə insanların sülh və əmin-amanlıq şəraitində yaşamasına kömək etdiyini söylədi.
- tarixində yaradılmışdır.