Tailandda Türk məktəbi iftar ziyafəti verib
Tailandın paytaxtı Banqkokda Türk məktəbinin verdiyi ənənəvi iftar ziyafətinə başda Tailand Dövlət naziri və Baş Nazir müşaviri Panadda Diskul olmaqla bir çox dövlət məmuru, din adamı və dövlət rəsmiləri iştirak edib. Ziyafətdə Panasia Beynəlxalq liseyinin müdiri Serhat Demir Nazir Diskulanın babası Şəhzadə Marnoq Rajanubhabanın təsvir edildiyi əl işi rəsmini hədiyyə edib.
Başda Tailand Dövlət naziri və Baş Nazir müşaviri Panadda Diskul, sabiq Daxili İşlər naziri Van Muhammad Nur Mata, Malaziya Banqkok səfiri Dato Nazirah Hussain, dərnək sədləri, rektorlar olmaqla dörd fərqli dinə mənsub qonlqların iştirakı ilə həyata keçən iftar ziyafəti Eastin Grand Sathorn hotelində baş tutub.
Ziyafətdə çıxış edən Tailand Dövlət Naziri və Baş Nazir müşaviri Panadda Diskul: “Allah yolunda, din yolunda gedən müsəlman qardaşlarım. Əgər biz bir olarsaq, xoşbəxt bir gələcək bizi gözləyir. Tailand höküməti bütün dinlərin fəaliyyətlərini yüksək qiymətləndirir”, - deyib.
Mahidol Universiteti Buddist-Müsəlman Anlayış mərkəzinin direktoru İmtiyaz Yusuf isə öz çıxışında: “Bu gün dialoq mühim əhəmiyyət kəsb edir. Bu baxımdan Fəthullah Gülən Xocaəfəndinin fikirləri və Könüllülər Hərəkatının dünyadakı fəaliyyətləri diqqətəşayandır”, - deyib.
- tarixində yaradılmışdır.