Taylandda Türk məktəblərinə Krallıq mükafatı
Taylandda 18 ildir fəaliyyət göstərən Türk məktəblərinin 17-ci məzun buraxlışı olub. Paytaxt Banqkokda təşkil olunan tədbirdə məzunlar göz yaşlarına hakim ola bilməyiblər.
Taylandda Türk könüllülərinin açdığı tədris ocaqlarında məzuniyyət sevinci yaşanır.
Taylandda 18 ildir fəaliyyət göstərən Türk məktəbləri 17-ci məzunlarını məzuniyyət tədbiri ilə yola salıb.
Tədbirdə məzunlar göz yaşlarına hakim ola bilməyiblər. Şagirdlərə diplomları Tayland Hava Qüvvələri Komandanlığının zabiti Vattana Manenai təqdim edib.
Şagirdlər: “Türk məktəblərindən məzun olduğum üçün özümüzü xoşbəxt hesab edirik. Bu məktəblər bizə hər tərəfli yollar açdı”, - deyərək sevinclərini dilə gətiriblər.
Tədbirə qatılan valideynlər də şagirdlər qədər şad olub. Valideynlərdən biri: “Yaşadığım bölgədə Türk məktəbi olduğu üçün xoşbəxtəm. Bu gün oğlum orta məktəbdən məzun oldu. Amma bu yaşında bir neçə ölkə gördü və olimpiadalarda Taylandı təmsil etdi. Bu, məni fərəhləndirir” deyərək məmnuniyyətinin dilə gətirib.
Burada fəaliyyət göstərən Türk məktəbləri əldə etdiyi uğurlara görə Taylandın ən ali mükafatı olan “Krallıq mükafatı”na layiq görülüb.
- tarixində yaradılmışdır.