Təhsildə dialoq və tolerantlıq

DAP müxtəlifliyin qorunması və birlikdə yaşama mədəniyyətinə dəstək vermə düşüncəsi ilə 26-30 Sentyabr 2009 tarixində "Təhsildə dialoq və tolerantlıq" adlı konfrans təşkil edəcək.

Konfransın əsas məqsədi Avropa və Asiyadakı gözəl nümunələri bir araya gətirmək; beləcə nəticəsi iki qitəyə də əks edən bir müzakirə zəmini hazırlamaqdır.

Belə bir təşkilatın qitələrin və mədəniyyətlərin kəsişdiyi, tarixdə dəfələrlə bu anlayış və mədəniyyətə körpü olan İstanbulda keçirilməsi də ayrı bir əhəmiyyət kəsb edir. Atılan bu əhəmiyyətli addım “2010 Avropa Mədəniyyət Paytaxtı-İstanbul” forumun da təhsil yönündən qeyri-rəsmi ilk açılışı olacaq.

30 ölkədənin iştirak edəcəyi bu təşkilatı İstanbul Şəhər Milli Təhsil İdarəsi, Beynəlxalq Avropa Paytaxtları Pedaqoji Klubu ilə Beynəlxalq Dialoq Avrasiya Platforması ortaq təşkil edir.

26 Sentyabr - Şənbə günü Sheraton İstanbul Ataköy Otelində başlayanan proqram 30 Sentyabrda sona çatacaq.

Proqram haqqında daha geni. məlumat əldə etmək istəyənlər Dialoq Avrasiya Platforması Ümumi Katibliyi: Tel: 0216 339 90 25 / Faks: 0216 339 90 26 / E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanlarına müraciət edə bilər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.