Tomas Mişel: "Gülən təhsildə yeni cığır açdı"

Araşdırma Mərkəzinin keçirdiyi “Gülən Hərəkatı Seminarları” silsiləsinin bu aykı qonağı prof. Tomas Mişel idi. Seminarda prof. Tomas Mişel Gülən Hərəkatını və məktəblərin təhsil fəlsəfəsini müzakirə etdi.

Seminarda məktəblərin uğur mənbəyi haqqında: "Məqsədi bəşəri sülh olan Gülənin ağıl və qəlbi birləşdirən bir təhsil fəlsəfəsi mənimsəməsidir," deyən prof. Mişel “Gülən təhsildə yeni cığır açdı” ifadəsini işlətdi. “Cizvit Kilsəsi”nin banisi II. St. İgnatius de Loyolanın da buna bənzər fəlsəfəyə malik olduğunu deyən professor bu iki ayrı məktəb tipinin dünyagörüşləri, təhsil siyasətləri və tədris planlarını müqayisə edən geniş nitq söylədi.

Prof. Tomas Mişel bu iki məktəb arasındakı fərqlərlə bağlı fikirlərini isə maddələr şəklində belə sıraladı:

Məktəblərimizlə Gülən Hərəkatı məktəbləri arasındakı ən böyük fərq Gülən məktəblərində heç bir dini simvolun olmaması və bu məktəblərin dünyəvi olmasıdır. “Cizvit məktəbləri” məqsədli şəkildə ifrat dindar ruhda açılmış məktəblərdir. Məsələn, mən “Cizvit məktəbi”ndən məzun olmuşam, biz hər səhər dərsə dua və xristian ayinləri ilə başlar, hər gün xristianlıqla bağlı təhsil alardıq. Artıq xristianlıqla yanaşı müsəlman şagirdlərə İslamiyyət dərsləri və yəhudilərə yəhudilik dərsləri verən məktəblər də var. Bu təhsil üçün müsəlman və yəhudi din xadimlərindən məsləhətlər alırıq.

Hərəkatın məktəblərində üstünlük texniki fənlərə verilir, “Cizvit məktəbləri”ndə isə ədəbiyyat, fəlsəfə və s. kimi humanitar elmlər ön plandadır. Bu fərqin səbəbini araşdırarkən məktəblərin quruluş dövründə ictimaiyyətin fərqli dünyagörüşə malik olmasını nəzərə almaq lazımdır. 450 il əvvəl ədəbiyyat və fəlsəfə məşhur və ön planda idi. Texnologiyanın inkişafı ilə müasir dövrdə daha çox texniki elmlərə üstünlük verilməyə başlandı.

Gülən hərəkatı məktəbləri arasında fikir və vəsait mübadiləli sıx əlaqə var, ancaq “Cizvit məktəbləri” tamamilə müstəqil fəaliyyət göstərir.

Gülən məktəbləri sponsorlardan da dəstək alır, lakin “Cizvit məktəbləri” yalnız şagirdlərdən alınan ödəniş və yardımlarla maliyyələşir.

Prof. Mişel: “Müasir dövrdə pedaqoqların üzləşdiyi ən böyük problem təhsil fəlsəfəsidir, şagirdlərin istedadlarını ortaya çıxaranda onların fikirlərini də nəzərə almaq lazımdır,” – dedi. Çıxışda təhsilin əsas məqsədinə toxunan prof. Mişel mövzu ilə bağlı fikirlərini belə yekunlaşdırdı: "Əlbəttə, şagirdin müəllimə fikirlərini bildirmə haqqı olmalıdır. Məsələn, “Cizvit”lərə qarşı çıxan Volter də bu məktəblərdə yetişmişdir. Gülən məktəblərinə baş çəkdim, müəllimləri ilə görüşdüm, söhbət etdim. Gördüm ki, hər birinin fərqli keçmişi var. Yəni belə məktəblərdə əsas məqsəd, bizim də məqsədimiz, şagirdlərin istedadlarını ən gözəl şəkildə ortaya çıxarmağa kömək etmək və ona dərin bir fəlsəfə ilə dəstək verməkdir”.

Prof. Tomas Mişel S. J. ABŞ-ın Missuri əyalətinə bağlı St. Luis şəhərində 1941-ci ildə dünayaya gəldi. Fəlsəfə və ilahiyyat sahəsində apardığı araşdırmalar sahəsində sonra 1967-ci ildə Katolik rahib vəzifəsinə təyin edildi. Misir və Livanda Ərəb dili və İslami araşdırmalarda fəaliyyət göstərdi. Prof. Fazlurrahmanın istiqamətləndirməsi ilə İbn Teymiyənin əsərləri haqqında doktorluq işi yazandan sonra, 1978-ci ildə Çikaqo Universitetində "İslam düşüncəsi" sahəsində doktorluq dərəcəsi aldı. Nəşr etdiyi “doktor” tezisinin adı “İbn Taymiyya's al-Jawab al-Sahih: A Muslim Theologian's Response to Christianity (İbn Teymiyənin əl-Cəvabus-Səhihi: Bir müsəlman ilahiyyatçının xristianlığa cavabı)” idi. Prof. Mişel 1978-1981-ci illər arasında İndoneziyanın Yoqyakarta şəhərinin “Sanata Dharma” Universitetində müəllimlik etdi. 1981-ci ildə “Vatikanın Dinlər Arası Dialoq Konsulunun Asiya Masası”na təyin edildi. 1988-ci ildə Vatikanda eyni müəssisəsinin şöbə rəhbəri oldu. 1994-1996-cı illər arasında mərkəzi Taylandın paytaxtı Banqkokda yerləşən “Asiyalı Yepiskoplar Konfransları Federasiyasının Patriarx və Dinlərarası Əlaqələr Ofisi”nin (FABC-OEIA) baş katib müavini vəzifəsinə keçdi. Hal-hazırda Romadakı Dinlərarası Dialoq Üçün Cizvit Katibliyinin baş katibi və “Asiyalı Yepiskoplar Konfransları Federasiyası”nın ümumdünya patriarxının katibidir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.