Toy qızıllarını Tanzanyaya bağışlayan könüllülər
Tanzanyada yaşayan iş adamı Ubeyd Yeşil toyda hədiyyə edilən 40 min dollarlıq qızılları Tanzanyadakı su quyularının qazıntısına və nəzərdə tutulan tələbə yataqxanasının inşaatına bağışlayıb.
Özəl Yamanlar Liseyindən məzun olub ali təhsilini Tokyoda tamalayan, həmçinin Nyu Yorkda İngilis dilini təhsil alan Ubeyd Yeşil ötən il Tanzanyaya yerləşərək iş həyatına başlayıb. Bu yaxınlarda iş adamı Ubeyd Yeşil ailəsinin təklifi ilə Nurəfşan xanımla ailə həyatı qurub.
Yeni ailə quran cütlük toyda qonaqların hədiyyə etdiyi bütün qızılları salondaca Tanzanyadan gələn məsul şəxslərə təslim edib. Tanzanyada inşaat materiallarının satışı ilə məşğul olan Ubeyd Yeşil deyib ki: “Dar əs Salamda ticarət işi ilə məşğul oluram. İl yarımdır ki oradayam. Türkiyədəki 4 fabrikin rəsmi distribyutoruyam. Eyni zamanda Tanzanyada təhsil fəaliyyətlərini davam etdirən dostlarımla birlikdə bu ölkənin gələcəyi üçün çalışıram”.
Dörd il Pakistanda yaşadığını deyən Nurəfşan Yeşil bildirib ki: “Yoldaşım qızılları bağışlama fikrini mənə açanda, tərəddüdsüz qəbul etdim. Allah qəbul etsin, Allah bu fəaliyyətlərin ömrünü uzatsın”. Ubeyd bəyin atası Ömər Yeşil açıqlayıb ki: “Ubey Yamanlar Liseyindən məzun olandan sonra Tokyoda universitetə qəbul olundu. Bir il Tokyodakı məktəblərdə çalışdıqdan sonra Nyu Yorkda İngilis dili təhsilini aldı. Baxmayaraq ki burada – Türkiyədə ona ehtiyacımız var, o, dostları ilə Tanzanyada iş qurmağı üstün bildi. Toyu oldu. Toydan qabaq yanıma gəldi. Yığılan bütün qır-qızılları Tanzanyadakı təhsil müəssisələrinə bağışlamaq istədiyini söylədi. Mən də: “Nə deyim ay oğul, hamısı sizindir, hara itəyirsiz, ora da verin”, - dedim. Çox şad oldum, kövrəldim. Toy salonunda gəlinlə bəyə hədiyyə edilən qızılları yığışdırıb Tanzanyadan gələn dostlara verdilər. Bu mənzərəni görüb gözlərim yaşla doldu”.
- tarixində yaradılmışdır.