Türk Mədəniyyət Mərkəzindən Dostluq Yeməyi

Nyu Yorkda fəaliyyət göstərən Türk Mədəniyyət Mərkəzinin dostluq yeməyində gözoxşayan səhnələr yaşandı. Birləşmiş Millətlər Təşkilatının 63-cü Ümumi Qurultay Yığıncağında iştirak etmək məqsədi ilə Nyu Yorka gedən Prezident Gülün işgüzar səfəri dünən də davam etdi. Gül, Nyu Yorkda fəaliyyətləri ilə adı tez-tez gündəmdə olan Türk Mədəniyyət Mərkəzinin 3-cü Dostluq Yeməyinə qatıldı. Prezident Güllə birlikdə Xarici İşlər Naziri Əli Babacan və İqtisadiyyat Naziri Mehmmet Şimşək də bu mərasimdə iştirak etdi.

Yeməkdə Güllə yanaşı digər dövlət başçıları da vardı. Tədbirdə Tacikistan Dövlət Başçısı, Zimbabve Dövlət Başçısı, Bosniya Hersogovina Dövlət Başçısı ilə birlikdə Makedoniya və Kosova Dövlət Başçıları da iştirak etdi. Ömər Faruk Tekbiləyin Türk Sufi Musiqisindən nəğmələr səsləndirdiyi mərasimdə, prezident Gülün xətt sənəti ilə yazılmış adı nəhəng ekrana əks etdirildi. İftardan sonra bir mükafat mərasimində iştirak etdiyi üçün mərasimə gələ bilməyən sabiq ABŞ prezidenti Bill Klintonun görüntülü mesajı da yayımlandı.

"Türkiyə Təbii Bir Körpüdür"

Prezident Abdullah Gül Avropa, Balkanlar, Qafqaz, Qaradəniz, Orta Şərq, Aralıq Dənizi və Orta Asiyanın təbii qovşağında yerləşən Türkiyənin müxtəlif mədəniyyətlər arasında təbii bir körpü meydana gətirdiyini söylədi. Nyu Yorkda fəaliyyət göstərən Türk Mədəniyyət Mərkəzi Valdorf Astoria otelindəki 3-cü illik dostluq proqramında fəxri qonaq kimi iştirak edən Gül Türkiyə və ABŞ-ın ortaq dəyərlər və ortaq hədəflər ətrafında qurulmuş güclü bir əlaqəyə sahib olduğunu diqqətə çatdıraraq, bu gün iki ölkə arasındakı çoxyönlü münasibətlərin qurulmasına illərin sərf edildiyini qeyd etdi. Gül: "Ortaq strateji mənafeyə malik yaxın müttəfiqlər kimi, ölkələrimiz sülhü, sabitliyi, rifah və əmin-amanlığı bərpa və davam etdirmədə eyni məqsədli işlər görür" –deyərək, "insani münasibətlərin də bu çərçivədə inkişaf etdiyini" ifadə etdi.

Sivil qurum fəaliyyətlərinin bir çox sahədə rəsmi və özəl sektor tərəfindən təşəbbüs göstərilən işlərin tamamlayıcısı olduğunu deyən Gül, ABŞ-da yaşayan çoxsaylı Türk cəmiyyətinin iki ölkə arasında əvəzolunmnaz bir körpü olduğunu ifadə etdi.

Bu gün iki ölkənin Ərəb-İsrail münaqişəsinin həllindən, İraq və Əfqanıstandakı vəziyyətin stabilləşməsinə, Qafqazlarda və Orta Asiyada sabitliyin təmin edilməsinə qədər müxtəlif mövzularda ortaq mənafeyə malik olduğunu deyən Gül, iki ölkə əlaqələrinin müsbət yönlərini təşkil edən çoxsaylı faktorlara baxmayaraq, az sayda da olsa çətinliklərlə də qarşılaşdığını söylədi. Gül: "Bu çətinliklərə baxmayaraq, yenə də Türkiyə və ABŞ arasındakı strateji ortaqlıq bu gün daha da güclü mövqedədir"-deyə çıxış etdi.

Bu gün dünyada demokratiya, plüralizm, insan haqqlarına hörmət, qadın və kişi bərabərliyinin inkişafı, hüquq üstünlüyünün bərpası kimi təməl dəyərlərin millətlər topluluğuna rəhbərliyi davam etdirdiyini ifadə edən Gül, digər tərəfdən çətinliklərin də artdığına diqqəti çəkdi.

Təhsil, ictimai və mədəni sahələrdə artan əlaqələrlə millətlər arasında daimi körpülərin qurula biləcəyini vurğulayan Gül, bu gün bir çox fərqli millətin qlobal çətir altında, sülh içərisində birlikdə yaşaya bilməsi üçün ictimai uyum və mədəniyyətlərarası dialoqun daha vacib hala gəldiyini bildirdi.

Gül, bu gün dünya ictimaiyyəti mədəniyyət və inanc müxtəlifliyi ilə zənginləşərkən, irqçilik, başqalarına qərəzlə yanaşma, Yəhudi düşmənliyi, İslam qorxusu və digər bölücülük fəaliyyətlərinin ümumbəşəri dəyərlərə, eyni zamanda qlobal sülh, sabitlik və təhlükəsizliyə böyük təhdid amili olduğunu dedi.

Dünyanı mədəni və dini sərhədlərə bölmə cəhdlərinin müşahidə olunduğunu deyən Gül: "Buna bənzər fəaliyyətlərə qarşı gəlmək üçün qəti qərarlılıq və siyasi iradə nümayiş etdirməliyik" -deyə vurğuladı.

Gül, bu çərçivədə 2005-ci ildə Türkiyə və İspaniyanın ortaq rəhbərliyi altında və BM təşkilatının Baş Katibi himayəsində start verilən Mədəniyyətlər İttifaqı təşəbbüsünün məhz bu qərarlılıq və siyasi iradəni əks etdirdiyini vurğuladı.

"Avropa, Balkanlar, Qafqaz, Qaradəniz, Orta Şərq, Aralıq Dənizi və Orta Asiyanın təbii qovşağında yerləşən Türkiyə, müxtəlif mədəniyyətlər arasında təbii bir körpü meydana gətirir" -deyən Gül, bu keyfiyyətin Türkiyəyə bir çox üstün cəhət qazandırdığını, dərin köklü anlayış, xoşgörü, dialoq ənənəsi və digər mədəniyyət və dinlərə hörmətin bunlardan sadəcə ikisi olduğunu ifadə etdi.

ABŞ-ın Türkiyənin bu təşəbbüsündəki əvəzolunmaz rolunu tanıyan ilk ölkələrdən olduğunu deyən Gül: "Bu baxımdan, Mədəniyyətlər İttifaqı fərqli mədəniyyətlər arasındakı əlaqələri təhdid edən tolerantsızlıq, ifratçılıq və qütbləşmə cərəyanı ilə daha yaxşı mübarizə aparmaq üçün hal-hazırda böyük işlərə imza atır" -dedi.

Klintonlar Dostluq Yeməyinə İsmarıc Göndərdilər

Mərasimə iştirak edə bilməyən ABŞ-ın 42-ci Przidenti Bill Klinton və həyat yoldaşı Nyu York Senatoru Hillari Klinton da dostluq yeməyinə görüntülü ismarıc göndərdilər. Bill Klinton ismarıcında, Türk Mədəniyyət Mərkəzinin (Turkish Cultural Center-TCC) ona və həyat yoldaşına göstərdiyi səmimi münasibətə görə təşəkkür etdi. ABŞ-da məskunlaşan Türk cəmiyyətinin və fəaliyyətlərinin son dərəcə əhəmiyyətli olduğunu ifadə edən Klinton, ABŞ-dakı Türk cəmiyyətinin və dərnəklərin iki ölkə arasında körpülər qurduğunu və Türk cəmiyyətinin mədəni mirasını qoruduğunu ifadə etdi. Klinton, bu çərçivədə ABŞ-dakı Türk cəmiyyətinin mədəni və təhsil fəaliyyətlərinin həm ABŞ-da dünya sülhünə, əmin-amanlığa və tolerantlığın kök salmasına, həm də Ttürkiyə-ABŞ əlaqələrinin inkişafında böyük rol oynadığını ifadə etdi. Hillari Klinton da Vaşinqtondakı işlərinə görə TCC-nin bu ilki dostluq yeməyində iştirak edə bilmədiyindən duyduğu üzüntüsünü dilə gətirdi.

Klinton, TCC-nin təşkil etdiyi illik yeməyində prezident Gülün iştirak etməsinin bir "şans" olduğunu ifadə edərək: "Türkiyə ilə ABŞ arasındakı əlaqələr son dərəcə güclü və zəngindir" -deyə çıxış etdi. Nyu Yorkda yaşayan Türk cəmiyyətinin əhəmiyyətindən də bəhs edən Klinton, cəmiyyətin ABŞ ilə Türkiyə arasındakı əlaqələri möhkəmləndirdiyini söylədi. Hillari Klinton, Ramazan ayında insanların dostluq üçün bir yerə toplandıqlarını deyərək, illər əvvəl həyat yoldaşı ilə Ağ Evdə ilk iftar yeməyi verdiklərini xatırlatdı.

Klinton, bir çox ortaq dəyəri paylaşan Türkiyə və ABŞ arasında daha güclü əlaqələrin qurulmasını təmənni etdiyini də sözlərinə əlavə etdi.

Nyu Cersi Valisi Jon Corzine də çıxışında, TCC-nin dinlərarası dialoqun inkişafına göstərdikləri qatqılarını təqdir etdiyini dedi.

Nyu York hahambaşılarından Arthur Schneier də çıxışına: "Salamunaleykum-Şalom" sözləriylə başlayaraq, bəşəriyyətin və dinlərin ortaq dəyərləri paylaşdığını, bu çərçivədə mədəniyyətlər arasında "münaqişə" anlayışını qəbul etmədiyini ifadə etdi.

Schneier, bu çərçivədə Türkiyənin və İspaniyanın Mədəniyyətlər İttifaqı təşəbbüsünə rəhbərlik etmələrinin təsadüf olmadığını da söylədi.

Mərasimdən Qeydlər

Xarici işlər Naziri Əli Babacan, İqtisadiyyat Naziri Mehmet Şimşək, Türkiyənin Vaşinqton Konsulu Nabi Şensoyun qatıldıqları yeməkdə Türkiyənin BM təşkilatındakı Daimi Nümayəndəsi Baqi İlkin də vardı.

Yeməyə Zimbabve Dövlət Başçısı Robert Mugabe, Bosniya-Hersogovina Dövlət Başçısı Haris Silajdzic, Makedoniya Dövlət Başçısı Branko Crvenkovski, Tacikistan Dövlət Başçısı İmamali Rahmanov və müxtəlif ölkələrin xarici işlər nazirləri qatıldı.

Ömər Faruk Təkbiləyin təsəvvüf və Türk xalq musiqisindən nəğmələr təqdim etdiyi yeməkdə, iştirakçılara xəttatlıqla adlarının yazıldığı kartlar hədiyyə edildi. Yeməkdə həmçinin Türk Mədəniyyət Mərkəzinin işləri ilə bağlı və Türkiyəni tanıdan sənədli film nümayiş etdirildi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.