Türk məktəbi Danımarka mətbuatında
Danimarkanın paytaxtı Kopenhaqda Türk təşəbbüskarlarının açdığı Özəl HAY Məktəbi böyük uğurlar qazanmağa davam edir. Danimarkanın nüfuzlu qəzetlərindən “Berlingske” Özəl HAY Məktəbini Danimarkanın böyük uğurlara imza atan məktəblər siyahısına daxil etdi.
Özəl HAY Məktəbi haqqında geniş xəbər hazırlayan qəzet bu məktəbin şagirdlərdə bilik səviyyəsini yüksəltdiyini bildirdi. Xəbər həmçinin tanınmış düşüncə qururumu – CEPOS-un araşdırmasına da təmas edərək Özəl HAY Məktəbini böyük uğurlara imza atan məktəblər siyahısına daxil etdi.
Qəzetin verdiyi məlumata görə bu məktəbin müvəffəqiyyəti efektli təhsil texnalogiyasından, məsuliyyətli təhsil anlayışından və etibarlı mühitdən qaynaqlandığını bildirdi. Müəlimlərin həm
Danimarka, həm də Türk mədiniyyətini bilən insanlardan ibarət olduğunu vurğulayan qəzet, Türk şagirdlərin bu sayədə daha efektli təhsil aldığını bildirdi.
1993-cü ildə qurulan məktəbin 250 şagirdi var. Ən uğurlu məktəb siyahısına daxil olan Özəl HAY Məktəbi Kopenhaq Bələdiyəsi tərəfindən də mükafatlandırılmışdır. (Emre Oğuz)
- tarixində yaradılmışdır.