Türk Məktəbində 23 Millətdən Şagird Var

Dövlət Naziri Zəfər Çağlayan və onu müşayiət edən heyət Əddis-Əbəbədə fəaliyyət göstərən “Nəcaşi” adlı Türk məktəbi də ziyarət etdi. İyirmi üç millətdən şagirdlərin təhsil aldığı məktəbin bu əcnəbi şagirdləri Türk folklor rəqsələrini ifa etdilər, Türkcə mahnı oxuyub şeir söylədilər. Nazir Çağlayan bu məktəblərin dünyanın hansı ölkəsində olur-olsun Türk bayrağını dalğalandırdığını, üstəlik Türk uşaqlarının öz kimliyini, inancını canlı saxlamasına kömək etdiyini söylədi. Çıxışdan sonra məktəbi gəzən Nazir Çağlayan şagirdlərə şapka və çanta hədiyyə etdi. Çağlayan Efiopiyanın Baş Naziri Mələs Zənaviyə (Meles Zenawi) ölkəsində dörd Türk məktəbi olduğunu, bunun beşə çıxarılması üçün torpaq sahəsi təsis edilməsini xahiş etdi. Baş Nazir də məktəblərdən məmnun olduğunu və bu iş üçün lazım olan hər şeyi görəcəyini bildirdi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.