Türk məktəbinin açılışında Uqanda prezidenti iştirak edib
Uqandada yüksək təhsil verən Türk məktəblərinin sayı altıya yüksəlib. İnşaatı yenicə tamamlanan məktəbin açılışını Uqandanın Prezidenti Yoveri Museveni (Yoweri Museveni) edib. Paytaxt Kampalada yerləşən Beynəlxalq Qalaksi məktəbinin açılış mərasiminə səkkiz nazirlə birlikdə iştirak edən Prezident Museveni məktəbləri açanlara təşəkkürünü bildirib və hər zaman onların yanında olduğunu deyib.
Könüllülər tərəfindən tikilən məktəbin açılışında iştirak edən Təhsil Naziri Cesika Alupo (Jessica Alupo) da məktəbin açılmasında əməyi keçən hər kəsə təşşəkkür edib və Türkiyə ilə Uqandanın təhsil sahəsində yaxşı partnyor olduğunu söyləyib. Açılışda Uqandanın İstanbul fəxri konsolu Mustafa Günya da iştirak edib.
Yüksək texniki imkanlara malik labaratoriaları və məktəb otaqlarını gəzən Prezident Museveni Türk iş adamlarının ölkədə mühüm bir fəaliyyətə imza atdıqlarını ifadə edib. Museveni Uqandada təhsil və səhiyyə fəaliyyətləri ilə məşğul olan Türkiyə iş adamlarını kənd təsərrüfatı və mədənçilik sahəsinə investisiya qoymağa səsləyib.
Açılış tədbirində Prezident Museveni deyib: “Məktəblərin bir hissəsi milli, bir hissəsi də beynəlxalq təhsil sisteminə tabedir. Həm Uqanda vətəndaşlarına, həm də ölkədəki diplomatlara və digər əcnəbilərə təhsil imkanları təqdim edir. Bu məktəblərin rəhbərliyinə çox təşəkkür edirəm. Həmişə yanınızdayıq və sizə hər cür dəstəyi verməyə hazırıq. Bir problemlə qarşılaşsanız, bizə müraciət edin, həll edək. Budur Təhsil Nazirimiz də buradadır. Qalaksi nədir bilirsiniz? Günəş, ulduz və planetlərdən ibarət bir sistem. Bu məktəb də belə bir qalaksidiri. Bu gözəl duyğularla Beynəlxalq Qalaksi məktəbini açıram...”
Uqandada yaşayan Türk icmasının mədəniyyətlərarası dialoqa verdiyi böyük əhəmiyyətdən xüsusilə məmnun olduğunu deyən Museveni: “Müsəlman, xristiyan və digər müqəddəs kitabları oxuyanda onların insanları nifrətə deyil, sevgiyə səslədiyini görürəm”, - deyib.
Cihan Xəbər Agentliyinə müsahibə verən Təhsil Naziri Cesika Alupo: “Uqandada belə bir məktəbin açılması şagirdlərin yüksək səviyyəli təhsil almasına imkan verir. Şagirdlərin istedadlarını inkişaf etdirən bu məktəblər diplomatların övladlarının da təshsil almasına şərait yaradır”, - deyib.
Türk məktəblərinin ölkədə ilk 10 məktəb siyahısına daxil olduğunu deyən Nazir Alupo imkansız şagirdlərə ödənişsiz təhsil verən müəssisələrin Türkiyə və Uqanda arasında möhkəm əlaqələrin qurulmasında böyük rol oynadığını vurğulayıb. Məktəbləri ziyarət etdiyini və yaxından tanış olduğunu söyləyən Nazir bu müəssisələrin əlamətdar xüsusiyyətləri haqqında belə deyib: “Əvvəla insana böyük sərma qoyulduğunu, bütün müəllimlərin keyfiyyətli, savadlı və fədakar olduğunu gördüm. Bu məktəblərdə Türkiyədən, Uqandadan və digər ölkələrdən müəllimlər var. İkincisi, məktəb müsir texniki avadanlıqlarla təchiz edilmişdir.”
- tarixində yaradılmışdır.