Türk məktəbinin şagirdi dünya birincisi oldu

Pakistanda fəaliyyət göstərən Türk məktəbinin şagirdi Usamə Mahmud Havar Britiş Konsul Kembric Universitetinin (British Councilin Cambridge) keçirdiyi "O Level" (məzuniyyət) imtahanında "riyaziyyat" fənni üzrə dünya birincisi oldu.

Pakistan-Türk Məktəblərinin Lahor Liseyinin şagirdi 200 ölkədən 12 milyon şagirdin iştirak etdiyi sınaqda dünya birinciliyini əldə edilməsi ölkədə və məktəbdə böyük sevinclə qarşılandı.

Pakistan mediası bu beynəlxalq uğura geniş yer verdi. Havarı bu böyük nailiyyətə görə müəllimləri və sinif yoldaşları təbrik etdi.

Anadolu Xəbər Agentliyinə müsahibə verən Havar bu uğura görə oxuduğu məktəbin təhsil sisteminə, riyaziyyat müəlliminin qayğısına və çalışqanlığa borclu olduğunu söylədi.

İqtisadiyyatçı olmağı planlaşdıran Havar ali təhsilini Türkiyədə davam etdirmək istədiyini dedi.

Dünya birinciliyini əldə edən şagirdin digər məşğuliyyətləri bir kənara qoyub imtahana planlı şəkildə hazırlaşdığını deyən məktəb müdiri Adəm Akgedik Havarın müvəffəqiyyətində riyaziyyat müəllimi Məmməd Zənginin böyük əməyi olduğunu söylədi.

Akgedik riyaziyyat müəlliminin böyük fədakarlıq göstərərək məktəbdən sonra Havarın evinə gedərək gecənin yarısına qədər birlikdə dərs çalışdıqlarını qeyd etdi.

Pakistanda 1996-cı ildən fəaliyyət göstərən Pakistan-Türk məktəblərinin yeddi şəhərdə 22 filialı var. 6 minə yaxın pakistanlı şagirdə təhsil verən Pakistan-Türk məktəblərinin ölkədə və beynəlxalq arenada çox sayda uğurlara imza atmışdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.