“Türk məktəbləri çətin günlərdə bizi tək qoymadılar”
Kərkük Partiya Vilayət nümayəndəsi Həsən Turan Türk iş adamları tərəfindən Kərkükdə açılan Türk məktəblərinin çətin günlərdə onları tək qoymadıqlarını söyləyib. İraqın şimalındakı Kərkük şəhərində keçirilən İraq Beynəlxalq Layihə Olimpiadasında (INPO) iştirak edən Həsən Turan tədbirdə çıxış edib.
Kərkük Partiya Vilayət nümayəndəsi Turan: “Kərkük xalqı şəhəri qoyub gedəndə onlar burada məktəb açdılar. Bu müəllimlərin bir-bir əllərindən öpürəm”, - deyib.
Türk məktəbləri ilə fəxr etdiyini söyləyən Turan: “Hər bu məktəblərə gələndə fəaliyyətlərini görüb sevinirəm. Fəxr edirəm. Bu müəssisələr İraq və Kərkükü heç vaxt tək qoymayıb. Ən çətin vaxtlarda işlərinə davam etdilər. Kərkük xalqı şəhəri qoyub gedəndə onlar burada məktəb açdılar. Bu müəllimlərin bir-bir əllərindən öpürəm. Gördüyünüz işlər bizim üçün böyük əhəmiyyət daşıyır. Ən vacib işi görürsünüz, nəsil yetişdirirsiniz”, - deyib.
“Kərkük Özəl Çağ Liseyi”ndə keçirilən olimpiadada “Fəzalar” təhsil qurumuna bağlı Bağdad, Mosul, Bəsrə, Anbər və Kərkükdəki məktəblərdə təhsil alan 315 şagird öz layiləri ilə iştirak edib.
Bir-birindən maraqlı 85 layihənin nümayiş etdirildiyi INPO olimpiadasına Kərkük Partiya Vilayət nümayəndəsi Turan, Kərkük İcra Hakimiyyətinin müavini Raqan Sid, Təhsil Şöbəsinin müdiri, Kürd, Türkmən və Ərəb Partiya Vilayət nümayəndələrinin üzvləri ilə Kərkük Universitetinin müəllimləri iştirak edib.
Kərkük Özəl Çağ kolejinin müdiri Zəki Aqçin təhsildə uğurlu nailiyyətlərin kökündə təkcə təbaşir və taxta dayanmadığını, imkanlar hazırlananda iraqlı şagirdlərin elmi araşdırmalarda dünya ilə asanlıqla yarışa biləcəklərini söyləyib.
Şagirdlərin layihələrini qiymətləndirən münsiflər heyəti “təhlükəsizlik kəməri” adlı layihə ilə olimpiadada iştirak edən Kərkük Çağ liseyi və “ağıllı manitor” adlı layihə ilə Bağdad İşıq liseyinin şagirdlərini qızıl medala layiq görüb.
Yer tutan şagirdlər beynəlxalq elmi müsabiqələrdə İraqı təmsil edəcəklər.
- tarixində yaradılmışdır.