Türk məktəbləri dünyaya işıq saçır

Rostivlav Rıbakov: Türk məktəbləri dünyaya işıq saçır

Rusiya Elmlər Akademiyasının üzvü və Şərqşünaslıq İnstitutunun fəxri sədri professor Rostivlav Rıbakov Türk məktəbləri ilə yaxından maraqlanan və fəaliyyətlərini təqdirlə qarşılayan qabaqcıl alimlərdən biridir.

Könüllülər hərəkətı ilə necə tanış oldunuz?

Həyatımın böyük hissəsi, demək olar ki, Hindistanı, Hind mədəniyyətini, dinlərini, digər mədəniyyətlərlə münasibətini və əlaqələrini araşdırmaqla keçdi. O cümlədən bir çox çox sivil toplum qurumlarının fəaliyyətlərində iştirak etmişəm. Son vaxtlar isə, daha çox təhsillə məşğul oluram. Gələcəyin övladlarımızın əlində olduğuna inanıram. Övladlarımızın elmi və mədəni inkişafı onlara verdiyimiz təhsildən asılıdır. Gülənə qarşı marağım da burdan oyandı.

Möhtərəm Fəthullah Güləni necə tanıdınız?

Güləni tanımırdım, heç adını belə eşitməmişdim. Bəzi Türk dostlarım sayəsində məktəbləri gəzib görmə imkanım oldu. Şagirdlərin valideynləri və Türk ailələri ilə tanış oldum. Şagirdlərin təhsilini yaxından müşahidə etdim. Təkcə Türkiyədə deyil, dünyanın bir çox ölkəsində bu məktəblərin fəaliyyətini gördüm. Bu müəssisələrdə bir dəfə də Gülənin adının çəkildiyinə şahid olmadım. Uşaqların nə qədər gözəl təhsil aldığını, nə qədər xoşbəxt olduqlarını gördüm, hətta yetmiş üç yaşımda, qoca halımla onları qısqandım. Daha sonra yazıları, məqalələri, kitabları ilə tanış oldum. Dialoq Avrasiya Platforması sayəsində bizi maraqlandıran mövzuları Gülənə soruşma imkanımız oldu. Hələ də soruşmaq istədiyim bir çox sual var. İnşallah, bir gün görüşmə fürsətim də olar.

Gülənin hansı fikir və fəlsəfəsi diqqətinizi çəkdi?

Mənə qalsa, mən heç “Gülənin fəlsəfəsi” ifadəsini işlətməzdim. Mən Gülənin xüsusi bir fəlsəfəsi olduğunu düşünmürəm. Çünki o danışmaqdan çox fikirlərini həyata keçirən insandır. O cümlədən “filosof” deyəndə, üstəlik “şərq filosofu” deyəndə mağarada yaşayan, bardaş quran, ayda bir dəfə yemək yeyərək təfəkkür edən adam gəlir insanın ağlına. Xeyr, o, özünü həyatdan təcrid eləmir, üstəlik Qərb dünyasına əhəmiyyət verir. Məktəblərdə gördüyümüz mənzərə onun fikirlərinin həyatda əksini tapmasıdır. Birincisi, burada uşaqlara hörmətlə yanaşılır... Bu insanlar təkcə uşaqlarla deyil, həmyaşıdları ilə də təmsil şüuru ilə rəftar edirlər. Məktəblərdə cəzalandırma problemi yoxdur və uşaqlar özlərini məhbus kimi hiss eləmirlər. Üstəlik təhsil sisteminin əsasında etika və əxlaqi dəyərlər dayanır. Bu təhsil siteminin fərqini şagirdlərə təqdim edilməsində, yəni tətbiq edilməsində daha aydın görürük. Müəllimlər sözlə deyil, nümunəvi həyatları ilə uşaqları tərbiyə edirlər. Onların gələcək həyatı bu məktəblərdə formalaşır. Əslində “Gülən məktəbləri” ifadəsini də işlətmək istəmirəm, çünki özü də bunu düzgün hesab etmir.

Türk məktəblərinə maddi dəstək verən vəqf (xeyriyyə cəmiyyəti) və iş adamları haqqında nə düşünürsünüz?

Şübhəsiz, müəllim və xeyriyyəçi iş adamlarının dəstəyini də unutmaq olmaz. İlk dəfə mənə “sponsorlarımız” deyəndə var-dövləti aşıb-daşan, pulu hara xərcləyəcəyini bilməyən insanlar ağlıma gəlmişdi. Amma bu məktəblərdə hiss etdiyim ruhu həmin sponsorlarda da gördüm. Onlar da belə təhsil alıblar və yeganə arzuları yeni nəsillərin yaxşı yetişməsidir. Sırf buna görə canla-başla çalışırlar. Çox maraqlıdır; İzmirdə, Kayseridə, Ankarada bir çox xeyirxah iş adamları ilə görüşdük. Bir-birilərini tanımasalar da, bir-birinin surəti idilər. Hər biri XXI əsrin vətəndaşıdır. Bəli, öz mədəniyyətinə möhkəm bağlıdırlar, eyni zamanda hər biri bir dünya vətəndaşıdır. Dəyərlərdən aldıqları güclə bütün mədəniyyətlərə qucaq açır və yüzlərlə ümumbəşəri dəyərlərlə dialoq qururlar.

Sizcə, 11 sentyabr hadisəsindən sonra Gülən hərəkatı İslamiyyəti dünyaya necə tanıtdı?

Bu, həqiqətən gözəl sual olduğu kimi həm də çətindir. Çünki hərəkatın fəaliyyətlərlə yanaşı dünyada baş verən hadisələrlə də əlaqəli yönləri var. Bir çox mövzuda müsəlmanların təmsil problemi var. İslamı layiqincə dünyaya tanıda bilmədilər. İslamda terror olmadığını dünyaya izah edə bilmədilər. Bəlkə də, izah etməyə çalışdılar, amma bunu digər mədəniyyət, din, ölkələrin anladığı üslubla edə bilmədilər. İslamın bəzi qüvvələrin formalaşdırmağa çalışdığı imicdən fərqli bir din olduğunu göstərmək lazım idi.

Türkiyə ilə əlaqədar unudulmaz anlarınız?

Cavanlıqda İstanbula ilk dəfə gələndə məndə dərin izlər qoymuşdu. Niyə, çünki o dövrlər “dəmir pərdə”nin çəkildiyi, soyuq müharibənin getdiyi dövrdü. Ona görə, ilk və son dəfə yaddaşıma həkk oldu. Təyyarədən İstanbulu seyr edirdim, maşınlar işıq selinə bənzəyirdi. Onda, “yəqin bir daha bu mənzərəni görmərəm” deyə düşünmüşdüm. Limandan hərəkət edən gəminin qara tüstüsü, arxasında minarələrin silueti və Ayasofyanı gördüm, “yəqin son dəfə görürəm” dedim. Boğazın sərin mehində oturmuşdum, samovar çay və simit gətirdilər, bəli, “yəqin ki, bir daha görmərəm” dedim. Bu gəncliyin hissiliyi ilə bağlı deyildi. O yerlər məndə bu təssüratı oyatmışdı, ilk və son dəfə seyr etdiyim film kimi idi.

İndi isə, zəng edib “növbəti Türkiyə təyyarəsi nə vaxt uçur” deyə soruşuram. Hər şey çox dəyişdi. Məsafələr qısaldı. Şübhəsiz, bir daha görməmək qorxusu da yox oldu. Saatlarla İstanbuldan danışa bilərəm. Türk dostlarımız sağ olsun, çox qonaqpərvərliyini gördük. İstanbulun bilmədiyim, görmədiyim yerlərini gəzdirdilər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.