Türk Məktəbləri İnsanlıq Tarixinin Şərəfli Səhifələrində Öz Yerini Tutacaq

Türkiyəli təşəbbüskarların dünyanın hər yerində açdığı Türk məktəblərinin nümayəndələri 14 il-dən sonra Ankarada Təhsil Nazirliyinin təşkil etdiyi növbəti tədbirdə bir araya gəldi.

Birincisi 1995, ikincisi isə 1997-ci ildə keçirilən tədbir sisiləsinin növbəti toplantısı Riksos (Rixos) hotelində başladı. Tədbirin açılışında çıxış edən Türkiyə Təhsil Naziri Nemət Çubuqçu “dünyanın uzaq diyarlarında böyük fədakarlıqlar göstərərək çalışan müəllimlərin əməyini heç bir şeylə ölçmək mümkün deyil,” – dedi. Çubuqçu: "Onların bu fəaliyyətləri, ölkələr arasında qurduqları mədəniyyət və sülh körpüləri insanlıq tarixinin şərəfli səhifələrində öz yerini tutacaq və daim minnətlə, təşəkkürlə yad ediləcək" – dedi. Türkiyəni, Türk mədəniyyətini tanıdan, Türk dilini öyrədən və bu dilin yayılmasında böyük rol oynayan müəssisələrin nümayəndələrinə təşəkkür edən Çubuqçu sözünə belə davam etdi: "Dünyanın təqribən 130 ölkəsinə gedərək 1000-ə yaxın məktəb və 100 minə yaxın şagirdə təhsil verən, ölkəmizi ən gözəl şəkildə təmsil edən siz dəyərli pedaqoqların bu müvəffəqiyyətə birdən nail olmadığınızı, bu müvəffəqiyyətin arxasında böyük əmək, inanc, səy və fədakarlığın dayandığını bilirik. Bu fədakarlığa görə sizi təbrik edir, yer üzünün hər güşəsində qol-budaq açan, çiçəklənən, meyvə verən müvəffəqiyyətlərinizin davamını diləyirəm".

Təhsil Nazirliyi Xarici Təhsil üzrə Baş Müdir Həsən Kaplan da Türk məktəblərinin mədəniyyət diplomatiyasının ən gözəl nümunələrindən olduğunu ifadə etdi. Bu məktəblərin fəaliyyət göstərdiyi bölgələrdə böyük nüfuz qazandığını və müasir təhsildə qabaqcıl rol oynadığını vurğuladı. Üç günlük “Türkiyəli təşəbbüskarların xarici ölkələrdə açdığı təhsil qurumları nümayəndələrinin toplantısı”nda 88 ölkədə fəaliyyət göstərən Türk təhsil müəssisələrinin müdir və nümayəndələri iştirak edir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.