"Türk məktəbləri istedadlı gənclər yetişdirir"

Vyetnamın Baş Nazirin Müavini və Xarici İşlər Naziri Fam Gia Xiem ölkəsindəki Türk məktəblərinin “dünya ilə bütünləşmiş istedadlı gənclər yetişdirdiyini” dedi.

Okeaniya Ölkələri ilə İctimai və İqtisadi Həmrəylik Dərnəyinin (PASİAD) şərəfinə Qız Qülləsində verdiyi yemək ziyafətinə qatılan Vyetnamlı nazir təhsil sahəsində Türk məktəblərini dəstəklədiklərini bildirərək: “Gənclərin çox dil bilən insanlar kimi yetişməsinə zəmin hazırlayan bu məktəblərin müvəffəqiyyətini təbrik edirəm” dedi.

Yeməkdən sonra Cihan Xəbər Agentliyinə müsahibə verən nazir Fam Gia Xiem: “Çox çətin günləri və müharibələri geridə qoyub firavan gələcəyə irəliləyən iki dost ölkəyik. Türk xalqı ölkəsi ilə nə qədər fəxr etsə, azdır. Üstəlik İstanbul yalnız tarixi ilə deyil, ticarətdə böyük roluna görə də dünyanın ən önəmli şəhərlərindən biridir” dedi.

Fam Gia Xiem biri Asiya qitəsinin şərqində, digəri qərbində olan iki ölkə əlaqələrinin sürətlə inkişaf etdiyini vurğuladı. Türk-Vyetnam ticarət əlaqələrinə istiqamət verən dəyərli iş adamları ilə eyni masada oturmaqdan məmnun olduğunu deyən Gia Xiem görüşü təşkil edən “PASİAD” nümayəndələrinə təşəkkürünü bildirdi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.