"Türk Məktəbləri Moldavyanın Üz Ağlığıdır"

Azərbaycanın Moldaviyadakı səfiri İsfəndiyar Vahabzadə: "Türk məktəbləri Moldaviyanın nüfuzlu məktəblərindəndir, belə böyük lahiyələrin Moldaviyanın gələcəyinə çox böyük faydası var" -dedi. Səfir Türk məktəblərini Moldovanın "üz ağlığı" deyə vəsfl etdi.

Qaqauz bölgəsindəki Çadır Lunga Orizont Türk təhsil qurumlarının yeni binasına baş çəkən səfir Vahabzadə məktəblərin Türkiyə, Azəbaycan, Moldaviya və Qaqauz arasında sevgi və dostluq körpüsü meydana gətirdiyini söylədi. “Cihan” Xəbər Agentliyinə müsahibə verən Azərbaycan elçisi dünya miqyasında açılan türk məktəbləri ilə tanış olduğunu və hər mövzuda dəstək verməyə hazır olduğunu vurğuladı. Vahabzadə həm moldaviyalılardan, həm də dövlət xadimlərindən məktəblərlə əlaqədar qürurverici sözlər eşitdiyini qeyd etdi. Paytaxt Kişinyovda fəaliyyət göstərən lisey və ibtidai məktəbə də baş çəkdiyini deyən səfir bu məktəblərdə son texnologiyalı təhsil sisteminə şahid olduğunu dedi. Elçi Vahabzadə: "Keyfiyyətli təhsil və müvəffəqiyyəti ilə özünü Moldavyada isbat etmiş bu məktəblərə dəstək vermək bizi sevindirir", -dedi.

Çadır Lunga Orizont Türk təhsil qurumlarına bir neçə kompüter və fotokopiya maşını hədiyyə edən Vahabzadə: "Türk məktəbləri Moldavya və Qaqauzlar üçün təqdimat vasitəsidir, hər cür köməyə hazırıq" dedi. Moldavya Orizont Türk Təhsil Qurumlarının Baş İdarə Rəisi Turgay Serik isə Azərbaycan səfirinin dəstəyini hər zaman öz üzərində gördüyünü ifadə etdi. Serik: "Çadır Lunga şöbəsində türk, moldavyalı, bolqar, rus şagirdlərlə yanaşı, azərbaycanlı şagirdlər də təhsil alır. Bu uşaqlar gələcəyin memarlarıdır. Onların müvəffəqiyyəti bu ölkələrin müvəffəqiyyətidir", -dedi. Serik əsas hədəfin "təhsil", qayənin isə "ölkəyə faydalı gənclik" olduğunu qeyd etdi. Baş İdarə Rəisi Serik Moldavya Respublikasının başçısı Vladimir Voroninin dünya miqyasında müvəffəqiyyət qazanmış olimpiada şagirdlərini iqamətgahında qəbul etdiyini və Türk məktəblərini təmsil edən 5 şagirdin də Prezident iqamətgahına çıxdığını bildirdi. (Məmməd Zor Kaya, “Cihan” Xəbər Agentliyi)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.