Türk məktəbləri Nigeriya ilə dünya arasında körpü olacaq

Türkiyənin Nigeriyadakı Səfiri Rıfat Köksal Nigeriyada açılan on yeddi Türk məktəbi, bir universitet və yaxınlarda rəsmi açılışı nəzərdə tutulan xəstəxananın təkcə Türkiyə ilə Nigeriya arasında deyil, digər Türk məktəblərinin fəaliyyət göstərdiyi 120-dən çox ölkə arasında da körpülər quracağını söylədi.

Nigeriyanın paytaxtı Abujada "Fəthullah Gülənin Düşüncə və Aksiyonunu Araşdırmaq: Birgəyaşam və Qarşılıqlı Anlayış Mədəniyyəti Meydana Gətirmək" adlı konfransın açılışında çıxış edən Köksal hər iki ölkənin plüral mədəniyyət tarixinə malik olduğunu vurğulayaraq plüralizmin təhdid ünsürü kimi deyil, əksinə zənginlik kimi qəbul olunmasının zəruriliyini vurğuladı.

Afrika və dünyanın müxtəlif ölkələrindən dəvət olunan elm adamlarının iştirakı ilə və 6 Nigeriya universitetinin dəstəyi ilə keçirilən konfransın açılış iclasında çıxış edən Nigeriya Federal Təhsil Naziri prof. Ruqayyatu Əhməd Rufayi bu tədbirlərdə Nigeriyanın problemləri üçün həll yolları tapılacağına əmin olduğunu söylədi. Konfransın yerli təşkilatçı heyətindən dr. Kabiru Suleyman Şaf da, "Gülənin fikirləri Nigeriya Təhsil Nazirliyinin şəxsində özünə yer tapdı" – dedi. Konfransa xüsusi bir ismarıc göndərən Gülən də "əhalisinin sayına və coğrafi mövqeyinə görə Afrikanın nüfuzlu ölkələrindən biri olduğu kimi, etnos-mədəniyyət-inanc mozaikası ilə dialoq, sülh və birgəyaşama örnək təşkil etmə potensialına da malik olan Nigeriyada Türk məktəblərinə və təhsil könüllülərinə qucaq açan" dövlət böyüklərinə və alimlərə təşəkkür etdi. İsmarıcında insanlığın mayasının yaxşılıq və gözəlliklə yoğurulduğuna inandığını vurğulayan Gülən, "İnsanlığın bir gün bu mayanın tələb etdiyi və məcbur etdiyi qəlibə düşəcəyinə inancım da, ümidim də tamdır" – dedi.

Konfransın açılış iclasında çıxış edən Nigeriyanın Kvara Dövlət Universitetindən dos. dr. Sakah Səidi Mahmud da “Gülənin fikirlərində Nigeriyada etnik qarşıdurmaların aradan qaldırılması üçün faydalı olan həll yolları” mövzusunda bir məqalə təqdim etdi. Abuja Regional İnteqrasiya və İnkişaf Mərkəzinin Sədri Hamidu Bobboyi Osmanlı dövründə hazırkı Nigeriya ərazisində yaşayan xalqlarla Osmanlı sultanlarının əlaqələri haqqında bir məruzə təqdim etdi. Konfransın ilk günü keçirilən üç iclasda İordaniyadan prof. Mohammad Rayyan, İrlandiyadan Conston MakMaster, Malayziyadan dos. Dr. Fatmir Şehu, Rusiyadan prof. Leonid R. Sukyanin məruzə ilə çıxış etdi. (Kərim Balçı)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.