Türk Məktəbləri Pakistana İslamın Daha Nəzakətli Vizionunu Təqdim edir

Evinə yaxın olan bir məsciddə ibadət etmək istədi, amma məscidin girişində ayaq altında tapdalamaq üçün İsrail və Danimarka bayraqları vardı. İşlədiyi yerin yanındakı məscid isə bir daha qalstuk taxaraq gəlməməsi üçün ona xəbərdarlıq etmişdi. Getdiyi hər yerdə pakistanlılar saqqalı olmadığı üçün müsəlman olmadığına hökm verirdilər.

"Öldür, vuruş, atəş aç," –dedi, Kaçmaz. "Bu İslamın səhv şərhidir".

Lakin bu görüş İslamın gələcəyi üçün lider bir ölkə olan Pakistanda 1980-ci illərdən bəri Səudiyyə Ərəbistanının və Amerikanın maliyyəsi ilə fəaliyyət göstərən məktəblərin cəmiyyətin ən yoxsul təbəqələri arasında yaydığı məşhur radikal düşüncədir. Oxuyub-yazmağı bilənlərin 50 faiz olduğu və dövlət məktəblərindəki sistemin, demək olar ki, çökdüyü Pakistan bu mövzuda, xüsusilə, həssasdır.

Kaçmaz bu mücadilə meydanına tamamilə fərqli bir İslam vizionu ilə gələn Türk pedaqoq qrupun üzvüdür. Onlarınkı mülayim və tolerant, Qərbdən fərqliliyi qoruyub saxlamasına baxmayaraq, rahatlıqla onunla birlikdə var ola bilən bir şərhdir. Müsəlman Sülh Könüllüləri kimi səksəndən çox müsəlman və xristian ölkəsində qurulmuş məktəblər də bu yanaşma metodunu dəstəkləyir.

Onların səyləri, sabitliyi və radikalizmə qarşı olan həssaslığı Amerika xarici siyasətinin əsas diqqət mərkəzinə çevrilmiş nüvə silahına malik Pakistanda əhəmiyyətlidir. Traybalizmin hakim olduğu bütün sahələri Taliban və Əl-Qaidə üçün bir sığınacağa çevrilən Pakistanda radikalizmə, qarşıdurmalara, vətəndaş cəmiyytinin parçalanmasına qarşı aparılacaq mübarizənin aqibəti tamamilə gənc insanlara və onların aldığı təhsilin keyfiyyəti ilə bağlıdır.

Hal-hazırda burada təhsil hədsiz dərəcədə zəifdir. Xalqın ən yoxsul təbəqəsi yalnız kitab və forma üçün müəyyən məbləğ tələb edən ödənişsiz dövlət məktəblərinə uşaqlarını göndərə bilmir. Bəziləri uşaqlarını yardım qurumları kimi ödənişsiz yemək və paltarla təmin edən mədrəsələrə, ya da dini məktəblərə göndərməyə üstünlük verir. Bunların bir çoxunda yalnız təhsil verilir, ancaq bəzilərinin radikal proqramları da var. Eyni zamanda, getdikcə böyüyən bir əhalinin orta təbəqəsi dövlətin kortəbii və qeyri-kafi maliyyələşdirdiyi məktəblərini rədd edib, yeni özəl məktəblər arasından seçimə yönəlir.On il əvvəl açılandan bəri Paksitanın yeddi şəhərinə yayılmış olan Türk məktəbləri öz özlərinə ölkəni xaosdan qurtara bilməzlər. Ancaq İslami ifratçılığın təsirini azaltmağa kömək edəcək alternativ bir yanaşma təqdim edirlər.

İngiliscə verilən dərslərlə riyaziyyatdan elmə, İngilis ədəbiyyatından Şekspirə qədər uzanan güclü bir qərb tədris proqramı nəzərdə tuturlar. Pakistan qanunlarına görə icbari verilən bir saatlıq İslami dərs xaricində din öyrədilmir. Ancaq İngilis üsullu özəl məktəblərdən fərqli olaraq, müəllimlərin həyat tərzi və ibadətləri ilə nümunə olduqları yataqxanalarında İslamı təşviq edirlər.

Bu yeni məktəblərdə çalışan türk Erkam Aytav: "Qərbin elm adına nəyi varsa, bizim uşaqlarımızda da o olsun," -deyir və əlavə edir: "Ancaq uşaqlarımız öz dinini də öyrənsin".

Türk Məktəbləri Pakistana İslamın Daha Nəzakətli Vizionunu Təqdim edirBu üsul Pakistanda uşaqlarının Qərblə öz dəyərlərini itirmədən rəqabət potensialına malik olmasını istəyən ata-analar arasında rəğbət doğurur.

Əfqanıstanla həmsərhəd olan bir sərhəd eli - Quettada yaşayan təqaüdçü Urdu dili üzrə professor Allahdad Niyazi oğlunu İslamı kifayət qədər öyrətməyən bir hərbi məktəbdən çıxarıb, Pak-Türk adı ilə tanınan bir Türk məktəbinə yazdırmışdır.

Quettadakı bir evdə yerdə oturaraq danışan Niyazi: "Özəl məktəblər övladlarımızı yaxşı müsəlman kimi yetişdirə bilmir. Dini məktəblər də onlara müasir təhsil verə bilmir", -dedi.

Bu modelin memarı Türk-İslam alimi Fəthullah Güləndir. Milyonlarla insana təsir edən 69 yaşındakı vaiz Gülənin dünyagörüşü İslamın vaxtilə ən gözəl şəkildə yaşandığı təsəvvüf ənənəsindən qaynaqlanır.

O, Türk dövlət rəsmiləri ilə qarşılaşdığı problemlərlə bağlı 2000-ci ildən bəri ABŞ-da sürgün həyatını yaşayır.

Aytav, Gülənin yanaşmasının "Elm olmadan din radikallığa çevrilər. Dinsiz elm isə kordur, dünyanı təhlükəyə sürükləyər" şəklində olduğunu söylədi.

Bu məktəblər Mustafa Kamal Atatürkün 1920-ci illərdə xəlifəliyi ləğv etməsindən sonra keçən əsrdən ən müasir şəklini alan bir Türk-Sufi fəlsəfəsini yaşadır və həyata keçirir. İslam alimləri qorumağa çalışdıqları inanca Qərbin elmini əlavə edərək cavab verməyə çalışdılar. 1950-ci illərdə Seyid Qütb kimi ərəb mütəfəkkiri Qərbi qətiyyətlə rədd edərkən, Səid Nursi kimi bəzi mütəfəkkirlər Qərb ilə birgə yaşamanın yollarını axtardı.

Radikal fundamentalizmlə mübarizə aparan Amerikalı jurnalist Daniel Perlin öldürüldüyü və Usama bin Ladenin mühafizə etdiyi söylənilən məşhur Binori mədrəsəsinə ev sahibliyi edən və getdikcə böyüyən bir şəhər olan Kəraçi bu gün bu iki görüşün mübarizəsinə şahid olur.

Buradakı Türk məktəbi şəhərin cənubunda, yoxsullarının radikalizmə çox açıq olduğu güclü bir etnik tayfa olan Puştuların sıx yaşadığı yoxsul bir mühitdə fəaliyyət göstərir. On ay əvvəl məktəb müdiri olan Kaçmaz işə başladığı ilk gündən etibarən çətinliklərlə qarşılaşmış. Ətraf sakinlər təraşlı üzləri və qalstukları ilə Amerikadan gəlmiş riyaziyyat müəllimlərinə bənzəyən Türklərə uzun müddət şübhə ilə yanaşmışlar. Məktəbin pakistanlı müdir müavini Əli Şəfqət izah edir: "Mənə dəfələrlə soruşdular. Bunlar müsəlmandımı, namaz qılırlar mı, gecələri içki içirlərmi?"

Maşınların sıx olduğu saatda sükan arxasında danışan Kaçmaz: "Onlara, mənə Quranda bunun qadağan olduğunu söyləyən bir ayə göstərin, dedim", -deyə danışdı. İki nəfər də eynək taxdığı üçün Kaçmaz yerli camaata qalstuk və eynəklərlə bağlı İslama görə heç bir problemin olmadığnı izah etdi.

"Söylədiklərinin heç birini dəstəkləylən bir hədis yoxdur", -dedi Kaçmaz. "Yalnız səhv dünyagörüşlər".

Ancaq bu səhv anlayış və ondan qaynaqlanan radikalizm Quettanın ən kasıb səmtlərini, bu gününü və gələcəyini fəlakətlə üz-üzə qoyur. Dindar bir ailədən olan 31 yaşlı Abdul Bari elektriki və suyu olmayan bir mühitdə yaşayır. İki qardaşı da baş vermiş intihar hücumlarında həlak olmuşlar. Arxalarında dilənçilik etmək məcburiyyətində qalan bir ana qoyan qardaşlarının ölümü bir müsəlmanın ən əsas vəzifəsinin anası və ailəsi üçün olduğunu söyləyən Barini hirsləndirmişdir.

On iki il əvvəl atasını itirdikdən sonra özündən kiçik yeddi qardaşını təkbaşına böyüdən Bari: "Bizim millətimiz çox dözümsüzdür", -deyir. Bari qardaşlarından birinin təhsil almasının vacibliyini düşünərək onu Türk məktəbinə yazdırmışdır.

Qardaşı Sadəddinin ailəsini yoxsulluqdan qurtarıb üfüqünü dini yöndə inkişaf etdirməsinin xəyalını qurduğunu söyləyən Barini türklərin təhsilə ciddi diqqət yetirməsi məmnun etmiş. Hafiz olan, yəni Quranı xətm etmiş Barinin heç bir rəsmi təhsili yoxdur. Ailədə başqa iki hafiz də var. Ataları imam imiş.

Bari bütün sakinlərinin oxuma-yazma bilmədiyi və çoxunun seçkidə iştirak etmədiyi mühitdə böyük məsuliyyət daşımaqda tək qaldığını söyləyir. Radiaklizmə qarşı mübarizədə hər an hazırdır. Bir dəfə Sadəddini pis yoldaşlarla çərpələng uçuranda görmüş və onu cəzalandırmış. Türk məktəbinin yataqxanasında gənc qardaş hər saat nəzarət altındadır.

Bari türklər haqqında: "Onlar tamamilə radikalizmə qarşıdır", -deyə danışdı. "Onlar həqiqi müsəlmanlardır. Qardaşımı həqiqi müsəlman edəcəklər. İnsanlara ədalət və müdrikliklə yaxınlaşacaq, dözümsüzlüklə deyil."

Səudiyyə Ərəbistanı "Mədinə Universiteti"ndən məzun bir din alimi olan Matiullah Ail təhsil səviyyəsinin aşağı olmasını Müsəlman ölkələrində olan problemlərin köklərindən biri olduğunu söylədi..

Peşin bölgəsində bir cəmiyyət nümayəndəsi olan Tarık Baluç Quettanın az saylı bölgəsi Bəlucistanda oxuma-yazma səviyyəsinin on faiz olduğunu söylədi. Onun ehtimalına görə, bölgədəki uşaqların təxminən yarısı mədrəsələrə gedirlər.

Ail: "Həkimlər və vəkillər diplom göstərmək məcburiyyətindədir. Amma sıra mollalara gələndə heç kim onları sorğu-suala çəkmir. Mükəmməl savadları yoxdur, amma nüfuz dairələri genişdir",-deyə danışdı.

Gülənə görə, bu vəziyyət təhsil almış insanların belə İslamı yalnış şərh etməsinə səbəb olur.

Məktəbin Türk idarəçilərindən Kamil Törə: "Müqəddəs kitabı başdan axıra qədər əzbərləyirlər, amma mənasını qavraya bilmirlər", -dedi.

Mesut KaçmazKaçmaz söhbətimizə qatıldı: "Quranı necə şərh etməyimiz tamamilə aldığımız təhsillə bağlıdır".

2004-cü ildə çap olunmuş məqalələrinin toplandığı bir kitabda Gülən bunu belə açıqlayırdı: "..hər şeyin yarımçıq olduğu indiki dövrdə müsəlmanlığı anlamada da bir əksiklik var. Kədərlə ifadə edirəm ki, bu əksik qavrama bəzi dini liderlərin, İslam aləmində bəzi fanatik müəllimlərin və cahil müsəlmanların əlində silaha çevrilmişdir. Bundan insanları öz məqsədlərinə xidmət edən mübarizələrə alət etmək üçün istifadə edirlər."

Bu qulağa nə qədər xoş gəlsə də, bəzi türklər Gülənin bu məktəbləri öz siyasi məqsədini həyata keçirmək üçün istifadə etdiyini söyləyir. Hərəkatı yaxından tanıyan qabaqcıl bir türk ziyalısı Murad Belgeyə görə Gülən: "Qəlbən Allah tərəfindən seçildiyinə inanır" və o Gülənin davamçılarını ölkələri idarə edəcək elitar təbəqə yetişdirməyə çalışan müsəlman həvarilər hesab edir.

Əvvəllər Gülən hərəkatı ilə yaxın əlaqəsi olan "Utah Universiteti" professoru Hakan Yavuz isə daha pessimist bir dəyərləndirmə ilə çıxış etdi.

"Buradakı məqsəd tamamilə güclə əlaqədardır", -dedi. "Nümunə götürülən güc modeli Osmanlı İmperatorluğu və türklərin müsəlman dünyasını şəkilləndirməsi fikridir."

Ancaq radikal İslamçılar xalqların və sərhədlərin olmadığı bir VII əsr İslam xilafətini yenidən qurmaq məqsədi ilə çarpışarkən, Misirdəki "Müsəlman Qardaşlar"ı kimi daha mülayim İslamçılar dünyəvi demokratiyadan İslami bir dövlət hədəfləri üçün istifadə edərkən, dünyəvi dünyagörüşlü türklər onun söylədiklərinə olduqca şübhə ilə yanaşsa da, Gülən vətəndaşların ibadət azadlığının olduğu dünyəvi bir demokratiyadan daha artığını istəmədiyini elan edən bir milliyyətçidir.

Yenə də, onların məktəbləri Türk iş adamları tərəfindən də yüksək dəstək görür. Nigeriyada otellər tikmiş gəmi sahibkarı İhsan Kalkavan eyni ölkədə Gülən məktəblərinə də kömək etmişdir. Bu məktəblərin Niger elitasının marağına səbəb olduğunu söyləyir.

İstanbuldakı ofisində söhbət etdiyimiz Kalkavan: "Təhsil təcrübəmizi bu ölkələrə apardığımızda özümüzü də təqdim edirik: "Baxın biz terrorist deyilik", -deyirik. İnsanlar bizi tanıyınca münasibətləri müsbət istiqamətdə dəyişir," şəklində danışdı.

Kalkavanın ehtimalına görə Türkiyədə üç-beş milyon Gülən ardıcılı var. Hərəkatın özünün belə bir təxmini yoxdur və Gülən reportaj təklifimizi qəbul etmədi. Müsəlman ölkələrlə yanaşı, Rusiya kimi tamamilə xristian dövlətlərdə də açılan bu məktəblər təkcə müsəlman şagirdlər üçün deyildir. Əhəmiyyətli tərəflərindən biri də dinlərarası dialoqu inkişaf etdirməkdir. Gülən sabiq papa başda olmaqla, yəhudi və ortodoks xristian liderlərlə də bir araya gələrkən, bu məktəblərdəki müəllimlərin yüksək mədəni davranışlarını və universal dəyərlərini xüsusi vurğulayır.

Məktəb müdiri Kaçmaz: "Hamımız insanıq", -deyə danışdı. "İslamda hər insan çox əhəmiyyətlidir".

Valideynlərə görə, Pakistan cəmiyyəti sürətlə dəyişir və əvvəlki dövrə nisbətdə daha çox itirəcək şeyləri olduğu üçün getdikcə təhsilin əhəmiyyətinin daha çox fərqinə varırlar. Uşağını Quettadakı Pakistan Türk Liseyinə göndərən Abrar Avan adlı valideyn tələbəliyində üzv olduğu İslami siyasi partiyaların yanaşma tərzindən yorulduğunu ifadə edir. İndi cəmiyyət təşkilatlarından birində sabit işçi olan Avan həyatın qara və ağ olmadığını, daha rəngarəng olduğunu görür. Məktəbdə keçirilən Atalar günü yığıncağına qatılan Avan: "Hər səhvimizin, hər müvəffəqiyyətsizliyimizin arxasında Amerika ya da Qərbin olduğunu düşünürdüm",-dedi. "İndi təcrübələrimlə öyrəndim ki, əsl problem bizim öz içimizdədir".

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.