Türk məktəblərində oxuyan Pakistanlı qızların böyük uğuru
Pakistandakı Türk məktəblərində təhsil alan Alam Katon və Vişah Nazim adlı iki məktəbli Kenyada keçirilən “Beynəlxalq Ətraf Mühiti Mühafizə Layihəsi” olimpiadasında birincilik qazanıb. 26 ölkədən 250-dən çox məktəblinin iştirak etdiyi olimpiadada “Yoxsul ölkələrdə dağ nəqliyyat vasitələrində təkmilləşdirilmiş əyləc sistemi” layihəsi ilə iştirak edən Pakistanlı qızlar enerji kateqoriyasında dünya birinciliyi qazanıblar.
Birincilik əldə edən şagirdlərin fizika müəllimi Rafi Ud Din layihənin əsas məqsədinin yoxsul ölkələrdə dağ nəqliyyat vasitələrinin əyləc sistemlərini təkmilləşdirmək və insan ölümlərinin sayını minumuna endirmək olduğunu deyib.
Pakistanda fəaliyyət göstərən Türk təhsil ocaqları bu ölkədəki nüfuzlu şəxslərin və dövlət rəhbərliyinin diqqətini cəlb edir.
Pakistanın Təhsil Naziri Baliğ ər-Rəhman: “Xalqımız Türk məktəblərini bağrına basır”, - deyərək Türk iş adamları tərəfindən açılan təhsil qurumlarından razı olduğunu dilə gətirib. Pakistanın Baş Naziri Nəvaz Şərif isə “Pak-Türk” məktəblərinin fəaliyyətlərini yüksək qiymətləndirib.
Pakistanın Baş Naziri Türk məktəbləri haqqında: “23 Pak-Türk məktəbinin Pakistan və Türk gəncləri arasında mədəni inkişaf və könül birliyinin qüvvətlənməsində oynadığı mühüm roldan söz açmaq istəyirəm”, ifadələrinə yer verib.
- tarixində yaradılmışdır.