"Türk Məktəblərindən Çox Təsirləndim"

Moldova Parlamentinin Sədri Marian Lupu Qaqauza rəsmi ziyarətində Çadır-Lunga Üfüq Türk məktəbinə baş çəkdi. Lupu Türk məktəblərindən çox təsirləndiyini dedi.

1993-cü ildən bəri Moldovalılara xidmət edən Moldova Üfüq Türk məktəbləri xalqın və yüksək rütbəli məmurların etibarını qazanmaqla yanaşı, olimpiada nailiyyətləri ilə ölkənin adını dünyaya duyurur. Moldovada Qaqauz Türklərinin yaşadığı Çadır-Lunga şəhərində fəaliyyət göstərən və Qaqauz, Azərbaycanlı, Moldovan, Bolqar, Rus, Ukraynalı və Türk şagirdlərinə təhsil verən Türk məktəbinə baş çəkənlərin sayı gündən-günə artır. Türk məktəbi fəaliyyətə başladığı yeni bina da müasir texnalogiya və kompüter şəbəkəsi ilə Qaqauzda xalqa xidmət etməyə davam edir.

Fəaliyyətə başladıqları yeni binaya xalqın rəğbəti ilə yanaşı, başda Qaqauz Muxtar Respblikasının Başçısı Mixail Formuzal, Qaqauz millət vəkilləri yüksək rütbəli məmurları ilə yanaşı Moldova rəhbərliyindən də Türk məktəblərinə gələnlər olur.

Moldova Parlementinin Sədri Marian Lupu da Qaqauza rəsmi ziyarətində Çadır-Lunga Üfüq Türk Məktəbinə baş çəkdi. Məktəb müdiri Durmuş Muslu ilə laboratoriya, kompüter, fizika və kimya kabinetlərini gəzən Moldova Parlamentinin Sədri Lupu ağıllı lövhəli sinifləri görəndə çox təsirləndiyini deyərək: "İnsan təkrar şagirdlik illərinə dönmək istəyir" dedi. Lupu Moldovada ilk olan ağıllı lövhəli riyaziyyat kabinetində görüb çox təsirləndiyini qeyd etdi. Lupu: "Türk məktəbləri ölkəmin qürurudur" dedi. Şagird və müəllimlərlə söhbət edən Parlament Sədri Lupu əməyi keçən hər kəsə təşəkkür edərək müvəffəqiyyətlərin davamını dilədi.

Məktəbin xatirə dəftərinə fikirlərini yazan Moldova Parlementinin Sədri Marian Lupu məktəbdən xoş təəssüratla ayrıldığını dedi. Lupu məktəbin xatirə dəftərinə isə belə yazdı: "Moldova Çadır-Lunga Türk məktəbi məndə xoş təəssürat oyatdı. Belə bir səmimi şəraitdə müəllimlərin şagirdlərə verdiyi təhsil isə çox keyfiyyətlidir. Əməyi keçənlərə təşəkkür edirəm".

Moldova Parlamentinin Sədri Lupu Türk məktəbinin yeni binasında xatirə şəkli çəkdirərək məktəbdən ayrıldı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.