“Türk məktəblərinin təcrübəsi ilə çox məsafə qət etdik”
Bütün dünya ölkələrində təhsil verən Türk məktəblərindən bəhs edən boşnak Rəyasət Heyətinin Sədri Bakir İzətbekoviç bu məktəblər sayəsində Bosniyanın çox məsafə qət etdiyini söylədi. İzətbekoviç Zaman qəzetinə vediyi müsahibədə təhsil əməkdaşlığı sayəsində hər iki ölkənin ortaq gələcəyə malik olacağını bildirdi.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzzətbekoviç 15 ildir ki ölkəsində fəaliyyət göstərən Türk məktəblərinə rəğbət göstərdiyini bildirdi. Zaman qəzetinə verdiyi müsahibədə İzzətbekoviç: "Bu məktəblər mükəmməldir. Xalqımızın onlara böyük rəğbəti var. Yüksək keyfiyyətli təhsil verirlər. Onların təcrübələri ilə çox məsafə qət edildi." dedi. Bosniya və Herseqovinanın əfsanəvi lideri Aliya İzzetbekoviçin oğlu Bakir İzzətbekoviç Türk təşəbbüskarlarının dəstəyi ilə Sarayevoda açılan Bürc Universitetinin Türk məktəblərinin missiyasını daha da ucaltdığını qeyd etdi. Müsahibədə İzzətbekoviç "Xalqımız bu universitetə böyük rəğbət bəsləyir. Çox keyfiyyətli təhsil verirlər. Ülmid edirəm ki, daha da güclənsin və daha da geniş təbəqələrə qapılarını açsınlar. Biz bunu ümid edirik. Bunun üçün hər cür imkan var." deyə fikirlərini çatdırdı. Söhbətin davamında "Artıq bizim tələbələrimiz buraya, sizin şagirdləriniz Bosniyaya təhsil almağa gəlir. Beləcə, əlaqələrimiz möhkəmlənir və eyni tarixə malik iki millət olduğumuz kimi ortaq bir gələcəyə də malik olacağıq. Mən inanıram ki, bu, bizə ortaq bir gələcək bəxş edəcək", dedi.
- tarixində yaradılmışdır.