Türk məktəblərinin Türkiyə-Kosova əlaqələrinin inkişafında böyük rolu var
Kosovanın Bələdiyyə naziri Mahir Yağçılar Kosovada uzun müddətdir fəaliyyət göstərən Türk məktəblər haqqında ağızdolusu danışıb.
Nazir Türk məktəblərinin Türkiyə-Kosova dostluq əlaqələrinin inkişafına böyük töhfə verdiyini qeyd edib. 17-ci Avrasiya İqtisadi Zivəsinə qatılmaq üçün Türkiyəyə gələn nazir bu məktəblərin Kosovada uğurla fəaliyyət göstərdiyini və təqdirlə qarşılandığını bildirərək: “Ümid edirəm ki, bu məktəblər gələcəkdə öz fəaliyyətlərini davam etdirərək Kosova vətəndaşlarına xidmət edəcək”, - deyib. Demokratik Türk Partiyasının sədri olan Yağçılar qonşu Serbiya ilə əlaqələrin əvvəlki illərlə müqaisədə xeyli yaxşılaşdığını deyib. İki ölkə arasında danışıqların davam etdiyini deyən kosovalı nazir: “Arzu edirik ki, Kosova birləşərək öz konustitusiyası ilə idarə olunar və Serblər də buna hörmətlə yanaşar. Çünki ancqa o zaman həm regionun, həm də kosovalıların əmin-amanlığı bərpa olunar” ifadələrinə yer verdi.
- tarixində yaradılmışdır.