Türk və Ərəb Dünyası "Hira"nın Gecəsində Görüşdü

Türkiyənin Ərəb dilində çap olunan yeganə jurnalı "Hira" Misirdə təşkil etdiyi gecə ilə Ərəb aləminin hər tərəfindən alim, jurnalist, yazıçı, fakir adamı, bürokrat və din xadimlərini bir araya gətirdi. Əvvəllər Fas, Sudan və Yəməndə buna bənzər gecələr təşkil edən "Hira"nın Qahirədəki ikinci görüşü Misirli düşüncə və fikir adamları Zaglul Nəccar və Məhəmməd İmara, "Əzhər Universiteti" sabiq rektorlarından Əhməd Ömər Haşim, sabiq Vəqf Naziri Əhmədi Əbu Nur, Yəməndən prof. Davud Hudabi, Cəzairdən prof. Ammar Talibi, Sudandan prof. Həsən əl Məkkinin də qatıldığı 300-ə yaxın qonaq iştirak etdi. Misir Müftüsü Əli Cümənin səsli çıxışının təqdim edildiyi proqramda Fəthullah Gülənin Ərəbcə ismarıcı da oxundu. Gecədə çıxış edənlər "Hira"nın uzun bir müddət uzaq düşən Türk və Ərəb dünyası arasında yeni bir körpü qurulmasında əhəmiyyətli bir başlanğıc olduğuna diqqət çəkdi. Misirin "Ahram", "Ahbar", "Masri əl Yom" kimi nüfuzlu qəzetləri də öz səhifələrində "Hira"nın təşkil etdiyi gecəyə geniş yer verdi. "Hira" jurnalı ilə yanaşı, "Tuskon" və "Abant" şirkət və qeyri-hökumət təşkilatları da buna bənzər gecələr tərtib etmiş, misirli iş adamları və ziyalıları bunun sayəsində Türkiyəni daha yaxından tanıma fürsəti əldə etmişdi. Üç ayda bir nəşr olunan elm və mədəniyyət jurnalı "Hira" bütün Ərəb aləminin xitab edir. Jurnalda Türk, İslam və Ərəb aləminin görkəmli ziyalıları din, mədəniyyət, sənət, ədəbiyyat, bəşəri münasibətlər, fikir, tarix və mədəniyyət kimi bir çox mövzuda yazılar qələmə alır. (Cüməli Önal, Qahirə)
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.