Türkiyə höküməti və iş adamları bu məktəblərə dəstək verməlidir
İyirmi yeddi ölkədən gələn qonaqları özünə layiq şəkildə qarşılayan Efiopiyanın siyasətçiləri də Festivalın bu ölkdə keçirilməsindən məmnun olduqlarını söyləyiblər.
Festivalın açılışında iştirak edən Efiopiyanın Xarici İşlər Naziri Davano Kedir: “Tədbir çox gözəl keçdi. Şagirdlər çox gözəl hazırlaşmışdılar. İyirmi yeddi ölkədən gələn uşaqları bir yerdə olması möhtəşəmdir”, - deyib. Kedir ölkədə fəaliyyət göstərən Türk məktəblərindən ağızdolusu danışıb. Məktəblərin dünyanı bir-birinə caladığını söyləyən nazir: “Türk məktəbləri Türkiyənin səfirləridir. Türkiyə höküməti və iş adamları bu məktəblərə dəstək verməlidir. Çünki onlar Türk mədəniyyətini yayırlar. Efiopiyada biz buna şahidik”, - deyib.
- tarixində yaradılmışdır.