“Türkiyədə azadlıqların pozulması ilə Gülən arasında əlaqə yoxdur”
Dünən ABŞ Dövlət Departamentinin sözçüsü Meri Harf Türkiyədə azadlıqların pozulmasının Fəthullah Gülənin ABŞ-ın Pensilvaniya ştatında yaşaması ilə bir əlaqəsi olmadığını söyləyib: “Bu cənab Pensilvaniyada yaşasa da-yaşamasa da, Türkiyə hökumətinin “Twitter”i bağlaması doğru deyil. Türkiyə hökumətinin onunla eyni şəkildə düşünməyənlər üzərində basqı qurması doğru deyil. Bu cür şeylərin bir Türkiyə vətəndaşının Pensilvaniyada yaşaması ilə əlaqəsi yoxdur. Türkiyə bizim NATO üzrə yaxın bir müttəfiqimizdir. Hər zaman hər mövzuda anlaşa bilmirik, lakin biz heç vaxt hər kəslə hər məsələdə anlaşmırıq. Bu səbəblə Pensilvaniyada yaşayan cənabı unudun”.
- tarixində yaradılmışdır.