Uqandada dialoq rüzgarı
Dünyanın hər yanında “sülh adacıqları” qurma niyyətilə yola düşənlərin bir mənzili də Afrikanın incisi – Uqanda oldu. Dünyanın müxtəlif ölkələrindən Uqandada bir araya gələn elm adamları “Fəthullah Gülən və Qlobal sülh” adlı konfransda Fəthullah Gülən və fikirlərini müzakirə etdi.
Paytaxt Kampalada təşkil edilən konfransa ölkənin prezidenti Yoveri Museveni təmsilən Əxlaq Naziri Nsaba Buturo iştirak etdi. Uqanda Əxlaq Naziri çıxışında dünyada sülh və əmin-amanlıq üçün qarşılıqlı anlayış və tolerantlığın əhəmiyyətindən danışdı.
“Normal şərtlərdə pisliyə heç vaxt güzəşt ola bilməz. Hazırda dünya aclıq, yoxsulluq, əxlaqsızlıq və s. kimi məsələlərlə mübarizə aparır. Bütün bu problemlərə qarşı birlikdə hərəkət etməliyik. Əgər birlik və bərabərlik təmin olunsa, sabitlik yaranar. İnanıram ki, bu şəkildə məqsəd hasil olacaq. Məhz bu məqsədə nail ola bilmək üçün böyük səy göstərən Fəthullah Gülənə təşəkkür edirəm”.
Konfransda həmçinin ölkənin Daxili İşlər Naziri, Millət Vəkilləri, sabiq nazirlərlə yanaşı, bəzi ölkələrin səfir nümayəndələri, Amerika, Kenya, Tanzanya, Konqo, və Efiyopiyadan gələn elm adamı və mütəfəkkirlər də iştirak etdilər.
Çikaqo Universiteti professor Marcia K. Hermansen çıxışında Fəthullah Gülənin sevgi, tolerantlıq və dünya sülhünə verdiyi töhfələrlə yanaşı, dünyanın müxtəlif ölkələrində təhsil fəaliyyətləri aparan Türk məktəblərindən və təhsilin əhəmiyyətindən danışdı.
“Artıq beş ildir ki, bu fəaliyyəti analiz edirəm. Özümü həm bir elm adamı, həm sizin içinizdən biri kimi görürəm. Bunu deyə bilərəm ki, Fəthullah Gülən hələ bu fəaliyyətlərin heç biri ortada yox ikən insana təhsil lazım olduğunu anlayan uzaqgörən insandır. Məzh buna görə də, “Anadolu Qaplanları” – iş adamlarının da dəstəyi ilə dünya miqyasında bu fəaliyyətlərin başlamasına və məktəblərin açılmasına səbəb oldu. Bu müəssisələr yalnız təhsil ocağı deyil, eyni zamanda gözəl əxlaqlı, nümunəvi insanların yetişdiyi yerlərdir”.
“Hira” jurnalının baş redaktoru Nevzat Savaş isə dünyanın ən böyük ehtiyacı sülh olduğunu dedi:
“Bu çox əlamatdar bir haldır ki, Konqodan, Kenyadan, Afrikanın müxtəlif bölgələrindən gələn seçkin elm adamları ilə dünya sülhü naminə sülh simvolu olan Fəthullah Gülən haqqında danışıq. Cəmiyyətin hər təbəqəsindən, hətta müxtəlif dinə mənsub insanların da burada iştirak etməsi sevindirici haldır. Bu konfrans bizi dünyanın ən çox ehtiyac duyduğu sülh çətiri altında topladı. Simpoziumu təşkil edən heyətə, xüsusən də ev sahibi Uqanda hökümətinə təşəkkürümü bildirirəm”.
- tarixində yaradılmışdır.