Vaşinqtonda “Hizmət hərəkatı və sülhün inşaası” adlı simpozium keçirilib

Vaşinqtonda “Hizmət hərəkatı və sülhün inşaası” adlı simpozium keçirilib

“Hizmət hərəkatı və sülhün inşaası” adlı iki günlük beynəlxalq simpoziuma ABŞ-ın paytaxtı Vaşinqtonda start verilib. “Təhsil yolu ilə sülhün inşaası” adlı birinci toplantıda elm adamları Hizmət hərəkatının təhsilə verdiyi əhəmiyyətdən və dünya sülhünə töhfəsindən söhbət açıb.

Toplantıda çıxış edən Corctaun (Georgetown) Universiteti Teologiya və İncəsənət fakültəsinin əməkdaşı professor Ori. Z. Soltes Fəthullah Gülən Xocaəfəndinin Mövlana Cəlaləddin Rumi və İbni Ərabinin izi ilə gedən bir mütəfəkkir olduğunu bildirib.

Hizmət hərəkatının Fəthullah Gülən Xocaəfəndinin düşüncə və yazılarından ilham aldığını dilə gətirəm Soltes hərəkatın ən mühüm əsasının təhsil fəaliyyətləri olduğunu bildirib. Hizmət hərəkatına bağlı məktəb müdirləri və müəllimlərinin dərs zamanı və dərsdən kənar vaxtlarda şagirdlərin xidmətində hazır olduqlarını bildirən Soltes: “Bir çox ölkədə təhsilin bütün sahələrində yüzlərlə təhsil müəssisəsi Hizmət hərəkatının prinsiplərindən bəhrələnir. Bu məktəblərin əsas qayəsi fədakar bir nəsil yetişdirməkdir”, - deyib.

Con (Johns) Hopkins Universiteti əməkdaşı Almaz Beişenaliyev Qırğızıstanda təhsil verən Hizmət məktəblərindən məzun olduğunu bildirib.

Elmi işini Fəthullah Gülənin təhsil düşüncələrinə həsr edən Beişenaliyev “Qazağıstan, Tacikistan və Qırğızıstanda sorğu keçirdim. Sorğu nəticəsində ortaya çıxdı ki, valideynlərin 65% övladlarını Gülən hərəkatına bağlı məktəblərə təhsildən ziyadə, əxlaqi dəyərlərə verilən əhəmiyyətə görə göndərirlər”, - deyib.

Polşa Kardinal Stefan Vizinski (Wyszynski) Universiteti professor Ucenius (Eugeniusz Sakowicz) Saqoviç Fəthullah Gülənin tutduğu yolun insana hörmət və ümumbəşəri dəyərlər yolu olduğunu bildirib.

Hizmət hərəkatına bağlı məktəblərin missioner təhsil qurumlarına bənzəmədini dilə gətirən Saqoviç: “Bu məktəbləri missioner məktəblərindən fərqləndirən əsas cəhət Gülən məktəblərində dini tədrisin verilməməsidir”, - deyib. Saqoviç missioner məktəblərində kəskin qanunları olan dini tədris sistemi tətdbiq edildiyinə də diqqət çəkib.

Simpoziuma Avstralyadan qatılan Harun Yüksəl müxtəlif ölkələrdə Hizmət hərəkatına bağlı təhsil caqlarında çalışan müəllimlər haqda apardığı araşdırma nəticələrini açıqlayıb. Əksər müəllimlərin Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından məzun olmağına baxmayaraq xaricdə fəaliyyət göstərən məktəblərdə çalışmağa üstünlük verdiklərini açıqlayan Yüksəl bu müəllimlərin Hizmət hərəkatına könül verdiklərini və başqalarına kömək etməkdən zövq aldıqlarını dilə gətirib.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.