Vətənimdə Türk məktəblərinin sayı çoxalsın
Filippinin paytaxtı Manilada fəaliyyət göstərən “Pasifik Dialoq Cəmiyyəti”nin təşkil etdiyi dostluq ziyafətində dövlət rəsmiləri və iş adamları iştirak edib.
Ziyafətdə iştirak edən Filippinin Təhsil Naziri Armin Luistro Türk məktəblərindən razılığını bildirib. Nazir: “Ziyafətə gəlmədən əvvəl dövət başçısı mənə deyib ki: “Tədbirə get, qardaşlıq münasibətlərimizi gücləndir. Türk məktəbləri ölkəmizdə onsuzda bunu həyata keçirib. Xahişimi çatdır ki, ölkənin hər yerində, xüsusilə Mindanao bölgəsində məktəblər açsınlar. Mən də rəsmi olaraq nə lazımdırsa etməyə hazıram”, - dedi. Tədbirlə əlaqəli fikirlərini də bildirən Luistro həmçinin qeyd edib ki: “Türkiyədən gələn professor Əhməd Məhərrəm Atlığ bir İslam alimi, mənsə xristiyan elm adamıyam. Amma çıxışımızda ikimiz də eyni şeylərdən danışdıq. Düşünürəm buradakı 400-dən çox iştirakçılar da bizim kimi düşünür. Onda, axı dünya nəyin davasını aparır? Bu sevgi və sülhü bizə xatırladan Türk qardaşlarıma ölkəm adından təşəkkür edirəm.”
Edsa Şanqri-La otelində təşkil olunmuş tədbirdə çıxış edən “Pasifik Dialoq Cəmiyyəti”nin sədri professor Fərhad Qazqondu birgə yaşamağın vacibliyindən bəhs edib. Dəvət olunanlar arasında “Jurnalistlər və Yazarlar Cəmiyyəti”nin baş katibi professor Əhməd Məhərrəm Atlığ öz çıxışında deyib: “Fəthullah Gülən Xocaəfəndinin bir sözünü xatırlatmaq istəyirəm: “Açın sinələrinizi ümmanlar kimi olsun, qalmasın sevgi bəsləmədiyiniz bir varlıq. İnsana və insanlığa sevgi duyun.” Biz bunun üçün burdayıq.” İştirakçılar arasında Filippin Baş Qərargah Rəisinin Müşaviri və Baş Polis İdarə Rəisinin köməkçisi polkovnik Arnuflo Burqos, Ticarət Palatası Sədrinin Müavini Ernesto Çua (Chua), eks senator Nikki Kosetaq (Nikki Cosetag), Filippin Müsəlmanlar Cəmiyyətini sədri Mehol K. Sadain, Türkiyənin Filippindəki səfiri Xədicə Pinar İşıq da (Hatice Pınar Işık) olub. Tədbirdə Türk məktəblərində təhsil alan şagirdlərin oxuduqları mahnılar və göstərdikləri səhnəciklər iştirakçılara gözəl dədiqələr bəxş edib.
- tarixində yaradılmışdır.