Xalqın 70 faizi Türk Dili olimpiadalarına dəstək verir
Beynəlxalq Türkçə Dərnəyinin (TÜRKÇEDER) apardığı anket nəticələri bir daha swbwt etdi ki, Türk xalqı Türk Dili olimpiadaları və Türk məktəblərinə dəstək verir.
140-dan çox ölkədə açılan Türk məktəblərinin şagirdlərinin hər il müxtəlif kateqorilərdə özlərini sınadığı Türk Dili olimpiadalarına xalqın dəstəyi anketdə öz əksini tapıb. Xalq və AKP tərəfdarları Türk Dili olimpiadalarına dair müsbət rəy bildirib. Anketin nəticəsinə görə AKP tərəfdarlarının 86 faizi, CHP-lilərin isə 68 faizi Türk Dili olimpiadasına dəstək verir.
AKP-lilər birinci sirada dayanır
Veritas şirkətinin 2013-cü ilin iyul ayında 42 şəhərdə 4296 nəfərlə üz-üzə keçirdiyi anketin nəticələrinə görə iştirakçıların 67 faizi Türk Dili olimpiadalarına müsbət, 8 faizi isə mənfi rəh bildirib. Anketdə AKP-yə dəstək verənlərin 82 faizi müsbət rəy bildirərək partiyalar arasında birinci yerdə dayanır.
- tarixində yaradılmışdır.