XI Türk Dili Olimpiadası başlandı
Beynəlxalq Türk Dili Dərnəyi tərəfindən təşkil olunan XI Türk Dili Olimpiadası dünən öz işinə başladı. Beynəlxalq Dil və Mədəniyyət Fetivalı çərçivəsində keçirilən olimpiadanın açılışı ilə bağlı İstanbulda yerləşən Atatürk Olimpiya Stadionunda mətbuat konfransı keçirilib. Olimpiadanın təşkilat heyətinin sədri professor Mehmet Sağlam stadionun yaşıl meydançasında simvolik top vuruşu ilə XI Türk Dili Olimpiadasına start verildiyini açıqlayıb. Daha sonra 140 ölkəni təmsil edən məktəblilər media qarşısında bütün dünyaya sülh mesajları veriblər. İraqlı Mustafa Sübhi Nurəddin olimpiadanı dünyada sülh naminə atılmış bir addım olduğunu bildirib: “Çox yaxşı ki, Türk Dili Olimpiadası var. Fərqli ölkələrdən məktəblilərin bir yerdə toplaşması dünyada sülh naminə atılmış əhəmiyyətli bir addımdır. Din, dil və rəng fərqi olmadan hamımız türkcə danışırıq.”
Qeyd edək ki, XI Türk Dili Olimpiadasının rəsmi açılışı 1 iyun tarixində Ankaranın “19 May” stadionunda baş tutacaq. Mahnı yarışı üzrə final 7 iyunda, şeir yarışmasının finalı isə 8 iyunda keçiriləcək. Olimpiada iyunun 16-da İstanbulun Atatürk Olimpiya Stadionunda keçiriləcək konsert proqramı ilə bağlı elan ediləcək.
- tarixində yaradılmışdır.