Xoca Əfəndi olimpiadaları qiymətləndirdi

Fəthullah Gülən Xoca Əfəndi Türkcə Olimpiadalarından duyduğu məmnuniyyəti dilə gətirdi.

Xoca Əfəndi əldə edilən müvəffəqiyyətləri İkrami-İlahı olaraq görmək lazım olduğunu ifadə edərək bu yolla daha böyük müvəffəqiyyətlərə vəsilə oluna biləcəyini söylədi.

Fəthullah Gülən Xoca Əfəndi herkul.org internet saytında nəşr olunan söhbətində Türkcə Olimpiadaları ilə əlaqədar sualı cavablandırdı. Xoca Əfəndi dünya uşaqlarının Türkcə danışmasının böyük bir hadisə olduğunu, ancaq əldə edilən müvəffəqiyyətin bir İkrami-İlahi olaraq görülməsi lazım olduğunu izah etdi.

Xoca Əfəndi dünyanın dörd bir tərəfində vəzifəsini yerinə yetirən gənc müəllimlərin yaşa, məqam və mövqeyə baxmadan yalnız öz vəzifələrinə diqqət yetirmələri mövzusunu xüsusi vurğuladı.

"Çiləkeş olma və iztirab içində yaşama nəbilərin və vəlilərin yoludur" deyən Fəthullah Gülən Xoca Əfəndi bu şəkildə aparılan fəaliyyətlər nəticəsində Allahın yeni-yeni nailiyyətlər nəsib edəcəyini söylədi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.