Xocaəfəndidən Berkinə başsağlığı
Fəthullah Gülən Xocaəfəndi Gəzi Parkı hadisələrində başına qaz fişəngi dəyməsi nəticəsində ağır yaralanan və dünən dünyasını dəyişən Berkin Əlvanın vəfatı ilə əlaqədar başsağlığı verdi.
Təziyə məktubunda deyilir:
Dövlətin sağlam düşüncə və uzlaşdırıcı mövqeyindən uzaqlaşaraq kinə və qəzəblə yükləndiyi çətin günlərdən keçirik. Bu nifrət atmosferi cəmiyyətin ehtiyac duyduğu sevgi, asayiş və bir-birinə hörmətlə yanaşma cəhdlərini aradan qaldırır. Yuxarı dairələrdən aşağıya doğru qarşıdurma uslubu təlqin olunur. Bir ticarət mərkəzi ətarfında qızışan mübahisələr dinc yolla həll ediləcəyinə, inadla hadisələr qarşıdurma həddinə çatdırılmış və nəticədə bir neçə gəncin həyatını itirmişdir. On beş yaşlı Berkin Əlvan da bu hadisələrin son qurbanıdır.
Əlvan ailəsinə və yaxınlarına başsağlığı diləyir, bu günə qədər bir çox haqsızlıq qarşısında təmkini və asayişi qorumuş Ələvi qardaşlarımıza Allahdan səbri-cəmil niyaz edirəm.
M. Fəthullah Gülən
- tarixində yaradılmışdır.