Xocaəfəndini tanımayanlar üçün iki ibrətli misal!

Xocaəfəndini tanımayanlar üçün iki ibrətli misal!

Canlı yayında Fəthullah Gülən Xocaəfəndidən danışan ilahiyyatçı Camal Türk və Ərgün Çapan iki diqqətçəkən misal verib.

Son vaxtlar cameə (Könüllülər hərəkatı) və möhtərəm Fəthullah Gülən Xocaəfəndiyə qarşı amansız qaralama kampaniyası həyata keçirilir. Söylənən yalanlar, atılan böhtanlar və əndazəsiz ittihamlar Anadolu xalqının qəlbində dərin yaralar açır.

Möhtərəm Fəthullah Gülən Xocaəfəndinin tələbələri ilahiyyatçı Camal Türk və dosent Ərgün Çapan “Samanyolu Haber” televiziya kanalında yayımlanan “Əsri aşan sirlər” proqramında müəllimləri haqqında bəzi mühüm açıqlamalar veriblər.

Verilişin qonaqları Xocaəfəndinin təvazökarlığından və Quran haqda söylədiyi fikirlərdən nümünələr verərək bəhs ediblər. Dosent Ərgün Çapan ən az 30 müsəlman ölkəsində müxtəlif alimlərin Xocaəfəndi haqda araşdırma apardığını qeyd edib. Bundan başqa ərəb alimlərinin səsləndirdiyi bəzi fikirləri də dilə gətiribs.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.