Xocaəfəndini Türkiyəyə dəvət etdi: “Bitsin bu həsrət”

Türk Dili Olimpiyadasının yekun tədbirində Baş Nazir Tayyib Ərdoğan olimpiyadada iştirak edən uşaqlara təşəkkürünü bildirdi. Fəthullah Gülən Xocaəfəndini Türkiyəyə dəvət edən Ərdoğan: "Biz, qürbətdə olub bu vətən torpağının həsrətini çəkənləri aramızda görmək istəyirik. Bitsin bu həsrət", - dedi...

Həyat yoldaşı Əminə Ərdoğanla tədbirə qatılan Baş Nazir Tayyib Ərdoğan Fəthullah Gülən Xocaəfəndini “Bitsin bu həsrət” deyərək Türkiyəyə dəvət etdi. Baş Nazir Ərdoğanın: "Qardaşlarım, qürbət həsrətdir. Həsrət yükü çox ağırdır. Biz, qürbətdə olub bu vətən torpağının həsrətini çəkənləri aramızda görmək istəyirik" sözləri alqışla qarşılandı. Ərdoğan: "Qürbət eyni zamanda qəriblikdir. Sözün kökü elə budur. Ona görə də biz qəribəliyə dözə bilmərik. Deyirik ki, bu vətən həsrəti artıq bitməli, bitsin istəyirik. Görürəm siz də bu həsrətin bitməsini istəyirsiniz. Elə isə “bitsin bu həsrət” deyək... Qürbəti, həsrəti bir kənara ataq"...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.