“Yamanlar” ABŞ-dakı riyaziyyat olimpiadasından 12 qızıl medal gətirdi

Özəl Yamanlar Məktəbləri” İbtidai Məktələr üzrə 25-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında (AMC-8) 12 qızıl, 12 gümüş və 7 bürünc medal aldı. Olimpiada ABŞ Riyaziyyat Birliyi tərəfindən Nebraska Universitetində keçirildi.

Öz sahəsində dünyanın ən nüfuzlu müsabiqəsi sayılan AMC-8-də bu il 86 ölkədən 15 mindən çox ibtidai məktəb şagirdi iştirak etdi. Türkiyədən qatılanlar arasında “İzmir Özəl Yamanlar Təhsil Qurumları”na məxsus altı ibtidai məktəb 12 qızıl medal aldı. Həmçinin 12 gümüş və 7 bürünclə birlikdə toplam 31 medal alaraq böyük müvəffəqiyyət qazandı. Müsabiqədə medallar Türkiyə, Çin, ABŞ, Kanada, Rusiya, Honq Konq, Filippin, Sinqapur, Koreya və Tayvan arasında bölüşdürüldü.

Şagirdlərinin Dünya Elm Olimpiadalarında qızıl medallara layiq görülməsi Türk milləti adına qürurverici olduğunu deyən Yamanlar Təhsil Qurumlarının Müdiri Sebahattin Kasap: "Məktəbimiz 159 medal ilə bu günə qədər beynəlxalq elm olimpiadalarında ölkəmizə ən çox medal gətirdi. Elmi sevən, gələcəyini elmlə istiqamətləndirmək istəyən şagirdlərimizə hər cür dəstəyi veririk. Bu şagirdlərin maraq duyduqları sahələrdə özlərini inkişaf etdirə bilmələri üçün hər cür şəraiti təmin edirik. Olimpiadalara qatılan, hər hansı bir elm sahəsi ilə dərindən maraqlanan bu uşaqlar, demək olar ki, universitet səviyyəsində biliyə malik olurlar. Şagirdlərimizin beynəlxalq səviyyəli uğurları həm ölkəmizi, həm də məktəbimizi şərəf gətirir. Türkiyə üçün dünya ilə yarışırıq," – dedi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.