Azərbaycan Türk liseyinin məzunu “Ferrari”nin dizaynını hazırlayıb

Dünyanın 50 fərqli şirkətinin dizaynerləri gələcəyin “Ferrari”sinin dizaynını hazırlayıblar.

Dünyanın 50 fərqli şirkətinin dizaynerləri gələcəyin “Ferrari”sinin dizaynını hazırlayıblar. Cənubi Koreyalı tələbələrin birinci olduğu yarışmada Gəncə Özəl Türk Liseyinin məzunu Samir Sadıqov ikinci yeri tutub. Məlumat üçün qeyd edək ki, “Ferrari” şirkəti bu yarışmanı hər 5 ildən bir təşkil edir. Yarışmanın budəfəki mövzusu 2025-ci ilin “Ferrari”sinin dizaynını hazırlamaq olub. Budəfəki yarışmaya dünyanın müxtəlif ölkələrindən 900-ə qədər layihə təqdim edilib. Gəncə Özəl Türk Liseyinin məzunu Samir Sadıqov “Xəzri” adı verdiyi konsepsiya ilə qalib olub. O, hazırda Torinodakı (İtaliya) Avropa Dizayn İnstitutunda oxuyur. Azərbaycanlı dizaynerə mükafatı “Ferrari”nin dizayn direktoru Flavio Manzoni təqdim edib. Həmyerlimiz: “Açığı, dünyanın müxtəlif ölkələrindən 900-dək layihənin təqdim edildiyi yarışmada ilk 20-liyə düşməyim özü belə qürurvericidir. Final mərhələsində ikinci yerin medalını qazanmaq isə mənim üçün ayrıca qürur mənbəyidir. Xəyallarımı bu yaşımda gerçəkləşdirə bildiyim üçün çox sevinirəm”,-deyib.

“Ferrari”dən iş təklifi alan Samir Sadıqov avqust ayından etibarən şirkətdə dizayner olaraq çalışacağını söyləyib.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.