Hizmət hərəkatına həsr olunmuş sənədli film tamaşaçılara təqdim olunub

Hizmət hərəkatına həsr olunmuş sənədli film tamaşaçılara təqdim olunub

Hizmət hərəkatı və ona fikirləri ilə rəhbərlik edən Fəthullah Gülən Xocaəfəndiyə həsr olunmuş “Sevgi əməldir” (Love is a verb) adlı sənədli filmin rejissor və prodüseri üç qat Emmi (Emmy) mükafatı laureatı Terri Spenser Hesserdir (Terry Spencer Hesser). Beş ölkədə çəkilişləri aparılan sənədli film Merilend Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” mükafatına layiq görülüb. Sənədli film Manhetten SVA kinoteatrında tamaşaçılara təqdim edilib və böyük maraqla qarşılanıb. Nyu Yorkda keçirilən təqdimatdan sonra səhnəyə çıxan rejissor Teri Spenser Hesser tamaşaçıların suallarını cavabalandırıb. Çəkilişlər zamanı maraqlı müşahidələr apardığını söyləyən Hesser Türkiyəyə çəkiliş üçün gəldini öyrənən bir şəxsin gülümsəyərək: “Ehtiyatlı ol! Burada hamı Gülən məktəblərinin məzunu deyil” sözünü unutmadığını deyib.

Sənədli filmdə rejissor Xocaəfəndinin həyatını, Hizmət hərəkatının inkişafını, beynəlxalq arenaya çıxışı ilə yanaşı, Türkiyə və ABŞ-da baş verən müəyyən problemləri diqqətə çatdırmağa səy göstərib. Rejissorun cəmiyyətdə Hizmət hərəkatı haqqında formalaşan mənfi görüşlərərə yer verdiyi filmdə, həmçinin Xocaəfəndi haqqında açılan və 8 il davam edib bəraətlə nəticələnən məhkəmə işini də xüsusilə vurğulamışdır. 28 Fevral postmodern çevrilişində və hərbi gücün hökümət üzərindəki hegemonluğu dövründə medianın göstərdiyi təzyiqlərə baxmayaraq Hizmət hərəkatı və Xocaəfədinin Türkiyədə dinlərarası dialoqla dostluq körpüləri qurma fəaliyyətlərindən axıcı üslubla bəhs edilir. Filmdə Hərəkatın müxtəlif sahələrdəki fəaliyyətlərini işıqlandıraraq “Kimsə yoxmu?” humanitar yardım dərnəyinin Afrikadaki fəaliyyətlərindən tutmuş təhsil və dialoq fəaliyyətlərinə də geniş yer verilir. Xocaəfəndi Hizmət hərəkatının “ilham mənbəyi” kimi təqdim edilən sənədli filmdə mütəxəssislərin görüşlərinə əsasən Hizmətin mahiyyəti, məqsədi, fəaliyyət forması və dini söhbət məclisləri də təfərrüatlı şəkildə işıqlandırılmışdır.

Sənədli filmin məsləhətçiləri Con Esposito (John Esposito), Helen Rouz İbah (Helen Rose Ebaugh), Hakan Yavuz, Skott Aleksnadr (Scott Alexander), Gordon Kuinn (G.Quinn), Alp Aslandoğan, Azam Nizamuddin kimi tanınmı alimlərdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.