Zaman "Sonsuz Nur" Zulu Dilində
Bu günün ən orijinal siyərlərindən biri olan Fəthullah Gülən Xocaəfəndinin "Sonsuz Nur" əsəri Zulu dilinə tərcümə edildi. Cənubi Afrika başda olmaqla bölgənin beş ölkəsində Zulu dilində danışılır. Əsəri Zulu dilində çap edən "Tuğra Buks (Tughra Books)" nəşriyyatı tərcümə işlərini ya özü, ya da müxtəlif ölkələrin nəşriyyatları ilə əməkdaşlıq çərçivəsində həyata keçirir. Nəşriyyatın əməkdaşları "Sonsuz Nur" əsərinin (həmin nəşriyyat aid) Qurani-Kərim məalından sonra ən çox tələb edilən kitab olduğunu söyləyir.
Fəthullah Gülən Xocaəfəndinin İstanbul Üsküdar Validə Məscidində 13 yanvar 1989 tarixindən başlayaraq 62 həftə davam edən cümə vəzlərin kitablaşdırılmasından ərsəyə gələn "Sonsuz Nur" əsəri İnsanlığın İftixarı Hz. Məhəmmədi (s.ə.s.) həm bir nəbi və rəsul, həm ən təvazökar bir qul, həm də dost və düşmənin ittifaqən qəbul etdiyi ən böyük dövlət adamı, məğlubedilməz sərkərdə, bənzərsiz bir mürəbbi və bələdçi kimi bu günün nəsillərinə tanıdır. Məşhur siyər kitablarından müəyyən qədər fərqlənən əsərdə Allah Rəsulunun həyatının bioqrafik əsərdən daha çox, yaşadığı dövr və dövrdə baş verən hadisələr çərçivəsində gizli hikmətlərlə birlikdə təsvir edir. "Sonsuz Nur" əsərinin Zulu dilinə tərcümə ilə bu əsərin tərcümə edildiyi dillərin sayı iyirmi yeddiyə çatdı.
- tarixində yaradılmışdır.