"Namazlaşma"nın yolu

Sual: Ülfət zəncirlərini qırıb namazı tam mənada duya və əda edə bilmə düşüncəsi ilə son həftələrdə zati-alinizin işarəsi ilə xütbədə bir neçə paraqraf da olsa mövzumuz namaz olur. Lakin görünən odur ki, çarə axtarılan xəstəlik ümumidir. Bütün möminlərin namazı namaz kimi duyaraq qıla bilməsi üçün nələr tövsiyə edərdiniz?

  • Əslində namaz kimi digər ibadətlər də şüurlu şəkildə əda edilməli, yerinə yetirilməlidir. (01:30)
  • Digər ibadətlərdən fərqli olaraq namaz gündə beş dəfə fərz qılınmışdır. Demək ki, bizim (ruhən) canlı qalmağımız üçün gündə beş dəfə Onun qapısına baş çəkməyimiz lazımdır ki, Cənabi-Haqq bunu vacib buyurmuşdur. (02:30)
  • Namazın İsrail oğullarına əlli vaxt fərz qılınmasının hikmətləri... (03:00)
  • "Salət" sözünün mənaları... (03:40)
  • Ümməti-Məhəmmədin (əleyhissalatu vəssalam) xüsusiyyətinə binaən, Peyğəmbərimizin xüsusiyyətini və kölgəsini daşıdığına binaən bu ümmətə beş vaxt namaz kifayət görülmüşdür. (04:10)
  • Süleyman Çələbinin yazdığı mövludnaməsində bu mövzuya təmas etməsi... (04:45)
  • Ustad Həzrətlərinin 9-cu sözdə namaz vaxtlarına yanaşma tərzi... (05:15)
  • Namaz sözügedən mənaları verməyinə verir, amma ondan (layiqincə) istifadə etmək ilk növbədə "imani-nəzər"dən (bir iş haqda diqqətlə düşünmək; incələmək, tədqiq etmək) asılıdır. (06:00)
  • Niyyətlə başlanan bu "imani-nəzər"i namazın bütün rüknlərinə hopdurub ən sonda da təhiyyatla taclandırmaq lazımdır... (06:45)
  • Meracda dilə gətirilən sözlərin tərcümanı - Təhiyyat... (07:15)
  • Namaz ona xas müstəvidə, ona xas mehvərdə əda edildiyi zaman təbiətiniz sizi, sanki, cəbrən, amma əslində cəbri-lütfi ilə merac zirvəsinə yüksəldər. Bu, namazı başdan axıra qədər hiss etməkdən, namazın mahiyyətinə nüfuz etməkdən, "namazlaşmaq"dan asılıdır. (09:30)
  • "Namazlaşma" da ilk növbədə həqiqi imanı əldə etməkdən, nəzəri imandan keçib əməli imanda dərinləşməkdən asılıdır. (10:40)
  • kinci bir məsələ: bu cür məsələləri tez-tez dilə gətirmək, xatırlatmaq lazımdır. Oturub-durduğumuz hər yerdə mövzumuz, sözümüz-söhbətimiz söhbəti-Canan olmalıdır. Bu cür müzakirələr həyatımızın hər anını ibadətə çevirə bilər. (12:40)
  • Dünyəvi işlərdə insanın münasib damarından istifadə edildiyi kimi, hər işimizdə də bir damar tapıb söhbəti-canana keçməliyik. Tez-tez söhbəti-canan olsa, zənnimcə, ruhlar öz canlılığını müəyyən səviyyədə qoruya bilər. Və məhz bu canlı ruhlar hiss ediləsi şeyləri hiss edərlər. (13:50)
  • "Namazlaşma"nın bir başqa yolu da böyüklərin söhbət məclislərinə qatılmaqdır. Bizim nəslimiz belə böyükləri də görə bilmədi. Biz məhrumiyyət dövrünün "fəlakətzadə" nəsilləriyik. (16:15)
  • "Namazlaşma"nın bir yolu da İmam Qəzali və Bədiüzzaman Həzrətləri kimi böyüklərin namazla bağlı yazılarını xütbələrdə oxumaqdır. (19:00)
  • Xütbədə bir də bir dinləmə məsələsi var. İnsanlardan tələb də gəlmir. Çox ciddi mənada laqeydlik var. İnsanların xütbənin fərz olmasından xəbəri yoxdur... (19:50)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.